/  
Ön yapraq » Oğuz xəbər » Generalların Bakı görüşü Ermənistanı vəlvələyə salıb

Generalların Bakı görüşü Ermənistanı vəlvələyə salıb

OğuzTV:Fevralın 16-da Quzey Azərbaycan cumhuriyyətinin Müdafiə naziri general Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

OğuzTv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Zakir Həsənov iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Öz növbəsində general C.Danford Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını diqqətə çatdırıb.

Qarşılıqlı maraq doğuran görüşdə Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, treninqlərin keçirilməsi və hərbi təhsil məsələləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olundu – Foto

Azərbaycana ilk dəfə səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 

Generalların Bakı görüşü Ermənistanı pat vəziyyətinə saldı – Şərh

“Amerika və Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü Ermənistanı pat vəziyyətinə salıb. “Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, ermənilər də anlamırlar ki, bu cür mötəbər təmas üçün iki böyük dövlət niyə Azərbaycanın paytaxtını seçib?

“Dünən və bu gün Ermənistanın neçə saytına baxdım, heç bir yerdə generalların Bakı görüşü haqqında məlumat yoxdur. Bir tərəfdən paxıllıq hissi, digər tərəfdən Azərbaycanın bölgədə artan rolunu həzm edə bilmirlər. Rəsmi İrəvan ümid edirdi ki, ABŞ və Rusiya Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq üçün hərbi təzyiqinə qarşı sərt mövqe ortaya qoyacaq, onlar isə tam əksinə, Bakıya danışıqlar məkanı kimi etibar edir. Bu görüş bizə işğalçıya təzyiqi artırmaq üçün münbit şərait yaradır”, – deyə politoloq bildirib.

Avropa.info

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture