/  
Ön yapraq » Oğuz xəbər » Güləşçilərimiz Avropa çempionatından 8 medalla vətənə döndülər(Video)

Güləşçilərimiz Avropa çempionatından 8 medalla vətənə döndülər(Video)

OğuzTV:Riqa Şəhərində güləş üzrə Avropa çempionatına yekun vurulub.

1/16 finaldan mübarizəyə qoşulan İgidimiz  Həsən Əliyev (71 kq)  1/4 finaldakı rəqibi serbiyalı Aleksandr Maksimovilç olub. Güləşçimiz bu görüşü 1:3 hesabı ilə uduzub. Lakin Maksimovilç finala qədər irəlilədiyindən Həsən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, isveçli Knut Zakarias Tallrothla qarşılaşıb. İsveçli güləşçini 8:1 hesabı ilə yolundan kənarlaşdıran idmançımız bürünc(Boronz) medal uğrunda türk güləşçi Yunus Özelle mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən idmançımız 8:1 hesablı qələbə qazanaraq, qitə birinciliyini bürünc(Boronz) medalla başa vurub.

Yunan-Roma güləşi üzrə , güləşçilərimiz 2 bürünc(Boronz) medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Millimiz Latviya səfərini ümumilikdə 8 medalla başa vurub.


Eləcədə Avropa çempionatında sərbəst və Qadın güləşi üzrə yarışlar da başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

riga 2016

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture