/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycalı milli fəal ,Mənsur Seyfi məhkəməyə çağrıldı

Güney Azərbaycalı milli fəal ,Mənsur Seyfi məhkəməyə çağrıldı

Oğuz TV: Xiyavlı milli fəal Mənsur  seyfi Fars rejiminin Əhər  şəhərində yerləşən İnqilab məhkəməsinin  “Təbriz İngilab şobəsinə ”  çağrıldı. Milli fəala gələn çağrış bəlgəsinə əsasən , 1396-cı ilin fərvərdinin 23-də (12April 2017) səhər çağı ,Təbriz vaxtilə saat 9:00 radələrində Əli seyifi,fars rejiminin Əhərdəki İnqilab məhkəməsində olmalıdı. 

Milli fəal Əhər məhkəmə  savcisisinin(dadsetanin) hazırladığı dosyası əsasinda “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə müxalif anti rejim qruplar yaratmaq” ittihamilə hakim qarşısına çıxmalıdır.
Xatırladaq ki, son bir həftə içində fars rejimi Əhər,Xiyav,Ərdəbil şəhərlərindən olan 10-lar  Azərbaycan milli fəallaarına məhkəməyə çağrış bəlgəsi yollayıb.Son bir həftədə eyni tarix  və məhkəməyə çağrılan onlarca Azərbaycan milli fəallarının adları, 2014-cü il fevralın 20-də Əhərdə  “Beynəlxalq Ana Dili Günü” mərasimində 100dən aşqın  tutuqlanan milli fəalların adları arasındada yer alır .Güney Azərbaycan milli və siyasi ekspertlərin baxş və təxminlərinə görə bu çağrışlar həmin 2014 cü ilin kütləvi tutuqlamalar dosyasının dəvamıdır .O tutuqlamada yüzlər  Güney Azərbaycanlı milli fəal Əhər şəhərində tutuqlanmış , günlərcə işgəncə görmüş və mülki vəsiqə qarşısında müvəqqət olaraq azad olmuşdurlar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture