/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycan milli fəalı Həbib Sasaniyan, 34 Gündür zindanda aclıq etirazi keçirir
Həbib Sasaniyan, Güney Azərbaycan milli fəalı50 Gündür zindanda aclıq etirazinda

Güney Azərbaycan milli fəalı Həbib Sasaniyan, 34 Gündür zindanda aclıq etirazi keçirir

OğuzTV:Təbrizin mərkəzi zindanında uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılan Güneyli milli fəal Həbib Sasanian aclıq aksiyasının 34-ci günündə xəstəxanalıq olaraq zondanın Sağlıq ocağına (zindanın poliklinikasına -behraisinə) qaldırılıb.

OğuzTvinin Milli fəal ailəsinindən əldə etdiyi bilgiyə əsasən , eyləmin 32 ci günündə fars rejiminin zindan məsulları Milli fəalın aclıq  eyləmini dayandırması üçün ona hər formada təziq göstəriblər.Bu təziqlərə qarşı çıxan Sasaniyan,öz aclıq etirazin davam etdirməyə israrcıdr.Sağlıq vəziyyətinin daha da pisləşməsinin qarşısını almaq üçün ona Serom( sistem) köçürmək İstiyblər ancaq o bunuda rəd edib.

Xatırladaq fars rejiminin İttilaat qüvvəlləri 2016 ci ilin May ayının 15-də 6nəfər Güney Azərbaycan milli azadlıq hərəkatinin milli fəalı Həbib Sasaniyan, Həmid Siqqəti, Mehdi Cavadzadə, Babək Avənd, İsmayıl Əfxəmi və Yunis Rəhimi birlikdə Ərdəbildə tutuqlanmışdır.

Həbs edilən milli fəalların haqından keçən İyun ayında iranın ədliyyə qurumunun “Doğu Azərbaycan” vilayətindəki sorumlusu “ Güney Azərbaycanda GAMO (Güney Azərbaycan milli ordusu) şəbəkəsinin 6 nəfərlik casusluq və Separatçı (Təcziyə tələb-İstiqlalçı)” həbs edildiyinə dair məlumat yaymışdı.

Milli fəalları bir neçə gün bu yalan iftralardan sonra Mühakiməsiz, yerli rejimin İttilaat idarəsindən , Təbrizdəki mərkəzi zindanına köçürmüşlər.

Sasaniyanın 2006-cı ildən bəri mədəni fəaliyyətlər ilə məşğul olduğunu və Türk dilində şeirlər və məqalələr yazdığını Azərbaycan milli azadlıq hərəkətinin fəalları yaxşı bilməkdədir.

Comments,Baxışınız
oguz gif telegram