/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycan milliyətçilərinə təziqlər səngimir

Güney Azərbaycan milliyətçilərinə təziqlər səngimir

OğuzTv:Yanvarın 17-də Urmiyədə tutuqlanan tanınmış milli fəal Əmir İbrahimlu yanvarın 18də  mülki vəsiqə qarşılığında müvəqqət  buraxılıb.


Urmiyəli fəal Voleybol(Urmu “Şəhrdari” yığması ilə Amolun “Kalə”yığması) yarışı zaman Fars rejiminin  təhlükəsizlik qüvvələri tərəfindən!! yandaşları təhrik etmək ” ittihami ilə  tutuqlanıb və ordan Urmu  Polis İdarəsinin 14-cü bölməsinə aparılmışdır.

Milli fəal istintaqdan sonra Urmiyə də yerləşən fars rejiminin İnqilab Məhkəməsinə aparılıb. Məhkəmə  15 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq İbrahimlunu azadlığa buraxııb ki sonralar ona məhkəmə qurulsun.

Yanvarın 18-də digər bir Azərbaycanlı milli fəal Mehdi Dustdara, Ərdəbil də yerləşən iran rejiminin Məhkəməsi  3 ay həbs cəzası hökmü verib.2 il içərisində bu hökm icra olunmalı və milli hərəkət fəalı həbs olmalıdır.

Qeyd edək M.Dustdar 2017-ci il oktyabrın 26-da iran təhlükəsizlik qüvvələri tərəfindən tutulmuş və  Ərdəbil zindanında 1 həftə işkəncə ilə tutulduqdan sonra mulki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Comments,Baxışınız
oguz gif telegram