Oğuz TV: 2 isfənd Dünya Ana dili günü münasibəti ilə, dilimizin yasaq edildiyi Güney Azərbaycanda Ana dilimiz uğrunda mübarizə güclənib.
Bu mübarizə müxtəlif forma və yerlərdə aparılır. Belə mübarizlərdən biridə Güneyin müxtəlif şəhərlərində divarlara ana dili ilə bağlı sloqanların yazılması və broşurlar hazırlamaqdı.
Güneydən əldə etdiyimiz bilgiyə görə, Təbriz başda olmaqla Ərdəbil, Qəzvin, Urmu kimi şəhərlərdə Ana Dili günü ilə bağlı milli fəallarımız şəhərlərin divarlarına milli sloqanlar yazıb və Anadili ilə bağlı broşurlar yayıblar.
Qəzvindən Oğuz Tv muxbirinin verdığı məlumata əsasən Qəzvin şəhərində yayılan bruşurlarda,Milli fəallar iran ırqçı rejimini və yalan dövlətmılığını qınayaraq, millətimizdən milli məsələlərimizdə duyarlı olmalarını və ana dilimizin eytimi və önəminə çox əhmiyət vermək gərəkdığını tələb ediblər.
OğuzTv muxbirinin Təbrizdən Verdığı məlumata əsasən Təbrizdə yayılan bruşurlarda, Azərbaycan milli fəalarının ana dili və ana kimlik və milli haqlarımız uğrunda illərdir apardığıları mubarizəyə toxunaraq,mubarizənin dəvami və xoş sonuclu olması üçün ,Azərbaycan millətini kütləvi olaraq ayaqlanıb öz tdoğal huquqlarından olan , ana dilində eytim haqını tələb etməsi istənilib.
Bu broşurları gecə şəhərlərin küçələrini və evləri dolanaraq insanlara paylayıblar.