/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycan xalqı ağır ekomomik duruma etirazda
Güney Azərbaycan xalqı ağır ekomomik duruma etirazda

Güney Azərbaycan xalqı ağır ekomomik duruma etirazda

Oğuz TV: Güney Azərbaycan xalqı və əsnafı ağır iqtisadi durum, işsizlik, və bahalılığa etiraz olaraq bugün dükkanlarını bağladı və işə getmədi.

Oğuz TV nin Güney Azərbaycanın müxtəlif şəhərlərindən aldığı bilgiyə görə, İran adlanan ölkenin ağır iqtisadi böhranda olması və hər gün artan dolar qiymətləri və bahalıq xalqı güçimini sağlayamdığı vəziyyətə gətirdi. Güney Azərbaycanın Makı və Culfa şəhərlərində yerləşən sınır bazarlarının bu gün əsnafın bahalıq və məhsul təmin etməməsinə və bu vəziyyətə etiraz olaraq bağlı olduğu bildirilib.

Makı və Culfa bazarlarının yanaşı Sulduz şəhərində də bir çox əsnaf yenə bahalığa etiraz olaraq dükkanlarını bağladı.

Bunlara əlavə olaraq Güney Azərbaycanın Təbriz, Urmu, Sulduz, Qoşaçay, Tikantəpə və başqa şəhərlərində kamyon və tır şöferlərinin az maaş, bahalıq və yaşanan dolar böhranından dolayı maşın parçalarının bahalanmasına etiraz olaraq kamyon ve tırlarını çalıştırmadığı bildirilir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture