/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanda çöl günü qeyd olunub

Güney Azərbaycanda çöl günü qeyd olunub

OğuzTV:Günəş təqvimi ilə fərvərdin ayının on üçüncü günü oğuz ( novruz) bayramının ən yaxşı günlərindəndir və bu gün Güney Azərbaycan rəsmi təqvimində “Çöl günü” ya “təbiət”günü adlandırılıb və ilin tətil günlərindən sayılır.

Son illər Oğuz bayramının 13 çü günü, Aprelin 2-də Güney Azərbaycanda Təbiət Günü daha milli ruh və havada qeyd olunur.

Şaman türklərinin inancından qalan bir ənənəilə güney Azərbaycan türkləri bayramının on üçüncü günü mərasiminin keçirilməsini tanrı və toprağın nemətlərinə şükretmə hərəkəti hesab edir və təbiətin dirilməsi təzahürünü qiyamət verir. güney Azərbaycan Türkləri bugün evlərindən kənarda-yaşıllıqlarda bə çöldə keçirirlər.

Çöl günü odlar yandırılır ,milli rəqslər və şənliklər ilə birgə subay  genclər səməni düyünlər  və səmənini çaya atarlar.
Oğuztviyə güney Azərbaycanın muxtəlif şəhərlərindən daxil olan məlumata görə,bu ildə Azərbaycanın bütün kənd və şəhərlərində Təbiət Günü məraimi xüsusi təntənə ilə keçirilib.

Minlərilə soydaşımızın iştirak etdiyi mərasimələrdə  Azərbaycanlı milli fəalların təşəbbüsü ilə baş tutan mərasimdə Azərbaycan musiqisi ifa olunub və milli rəqslərimiz nümayiş etdirilib. 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture