/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanda İranın “kürdüstan” oyunu

Güney Azərbaycanda İranın “kürdüstan” oyunu

Oğuz TV:  Bir zamanlar İran rejmi tərəfindən torpaqlarımıza köçürülən qaçqın kürtlər indi gəmidə oturub, gəmiçi ilə davaya başlayıblar.

Türk millətinin qonaqsevər və qayğıkeşliyindən istifadə edən bu gəlmələr artıq torpaqlarımıza yiyələnmək yolunda işlər aparırlar.

Bugünlərdə  Təbriz  termnalında bir avtobus şirkəti  Batı Azərbaycana gedən avtobus reyslərinin listəsini hazırlayıb. Bu listədə Batı Azərbaycan “kürdüstan” deyə qeyd edilib. Listənin başına “Təbrizdən “kürdüstan”ın şəhərlərinə  gedən avtobusların qiyməti” başlıqlı yazı yazılıb. 

Kürt mühacirlərinin daha öncədə sosial mediada Urmudakı bir kababxananın adının dəyişdirib “kürdüstan” qoyduqları ilə bağlı bilgilər və fotolar yayılmışdı.

Bütün bunlar  keçmişdə olduğu kimi indidə İran rejminin kürt gəlmələrə Türklər qarşısında verdiyi sonsuz dəstəyin nəticəsində baş verir.

Güney Azərbaycanda dükan-bazarlara öz Türk adları verən  soydaşlarımızı cəzalandıran “bura irandı, yabancı dil olmaz” deyən ikiüzlü İran rejmi soydaşlarımızın  “üzsüz qonaqlar”ın bu hərəkətinə olan etirazlarına “burda hər kəs özgürdü, istədiyi adı qoya bilər “ deyə cavab verib.

Dünənə kimi Güney Azərbaycanda millətimiz fars molla rejminə qarşı mübarizə aparırdısa, bugün artıq bu “çağrılmamış qonaq”lara qarşı da tək başına dirəniş göstərmək məcburundadır.  

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture