/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanda qadın milli fəal 5 il həbsə məhkum edildi

Güney Azərbaycanda qadın milli fəal 5 il həbsə məhkum edildi

Oğuz TV: Güney Azərbaycanın Qəzvin şəhərindən  olan milli fəal Süheyla Kargər 5 illik həbs cəzasına məhkum edildi. 

Oğuz TV-nin Qəzvindən əldə etdiyi bilgiyə görə, Qəzvin İnqilab məhkəməsində qazi Zoqinin sədrliyi ilə keçirilən məhkəmə iclasında xanım milli fəal “ölkə təhlükəsizliyini pozan qrupa üzv olmaq”da günahlandırılaraq, 5 il həbs cəzası alıb. 

Milli fəala 5 illik həbs cəzasının çıxmasının səbəbi, onun 3 il bundan öncə “Telegram” sosial şəbəkəsində qrup yaratmaq və orada Güney Azərbaycan milli məsələlərini müzakirə etmək olub. İran rejmi Süheyla xanımın bu hərəkətini “bölücülük” və “pantürkizm” kimi qiymətləndirərək ona 5 il həbs cəzası kəsib. 

Xatırladaq ki, bu milli fəalın ilk həbs cəzası deyil. Bundan öncə də Süheyla xanım milli fəalliyyətlərinə görə, 15 may 2016-cı ildə Qəzvində İran rejminin polisləri tərəfindən tutuqlanmış, Tehranın Evin zindanına salınaraq 19 gün qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdı. 

Comments,Baxışınız
oguz gif telegram