/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanda sel basqınları can aldı-Görüntü

Güney Azərbaycanda sel basqınları can aldı-Görüntü

 
Oğuz TV: Güney Azərbaycanda  dünən axşam saatlarından başlayaraq yağan güclü leysanlar sel basqınlarına səbəb oldu.

Oğuz TV-yə gələn bilgilərə görə, Güney Azərbaycanın müxtəlif bölgələrində meydana gələn sel basqını nəticəsində ölən və yaralananlar var.
Tufarqan (Azərşəhr)şəhərindən əldə etdiyimiz bilgiyə görə, bölgədə baş verən sel Xələzər körpüsünü basıb və nəticədə körpüdə hərəkət edən bir maşını sel aparıb.
Əcəbşirdən gələn bilgiyə isə, bölgədə Quruçayda sel nəticəsində 3 soydaşımızın həyatını itirdiyi, Çinar kəndində 12, Xaniyar kəndində isə 5 soydaşımızı sel aparıb. Çinar kəndində azyaşlı bir uşaq da sel nəticəsində ağır yaralanıb, kəndlilər uşağı ölümdən xilas edərək, xəstəxanaya yetişdiriblər.
Sel basqınından ziyan görən bölgələr arasında Urmu da var.  Urmunun  Baranduz çayının daşması nəticəsində Haşimabad körpüsü uçub və 50 kəndinin yolları bağlanıb, kəndlərlə əlaqə kəsilib.
Sulduz da ziyan görən bölgələrimiz sırasındadı. Sel Sulduzun Nəziroxsar,Tazəqələ və Əcəmlu kəndlərini də basıb. Kəndlilər çətin durumda qalıb.
Yardım və köməyə ehtiyaci olan kəndlilərə heç bir yetkili qurum kömək eləmir.
Şahidlərin dediyinə görə, irəliləyən saatlarda sel basqını nəticəsində ölən və yaralananların sayı artacaq.
Diqqətinizə çatdıraq ki, bu saata kimi İran rejminin yetkililəri Güney Azərbaycandakı sel fəlakəti ilə bağlı maraqlanmayıb, bölgəyə gələn yoxdu. Rejmin mediyası da yetkililəri kimi,bir cümlə belə baş verən fəlakətlə bağlı heç bir xəbər verməyib.
Fars rejmi Güney Azərbaycanın Qaradağ bölgəsində baş verən zəlzələ zamanı da indi olduğu kimi susqun qalmış, zərərçəkənlərə zamanında yardım etməmişdi və nəticədə onlarla soydaşımız həyatını itirmişdi.
İndi də rejim o zamankı kimi davranaraq susqunluğunu qorumaqdadı.
İran rejmi sərgilədiyi bu hərəkəti ilə Güney Azərbaycanın İran olmadığını gösrətmiş oldu.
Güney Azərbaycanda baş verən bu təbii fəalakət nəticəsində həyatını itirən soydaşlarımıza Tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Millətimizin başı sağolsun.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram