/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanın çağdaş Milli Qiyaminin 12 ci il dönümünə hazırlıq:Yurd dışında Konfraslar keçirələcək ,Yurd içində Milli Qiyamın Şəhidləri anılacaq (Video+Çağrış)

Güney Azərbaycanın çağdaş Milli Qiyaminin 12 ci il dönümünə hazırlıq:Yurd dışında Konfraslar keçirələcək ,Yurd içində Milli Qiyamın Şəhidləri anılacaq (Video+Çağrış)

OğuzTV:2006 Mayın 22-i (1 Xordad1385 hadisələri) Güney Azərbaycan türklərinin Milli Azadlıq Hərəkati tarixinə həm qanlı, həm də öz Milli varlığını müdafəi baxımıdına şərəfli bir gün kimi düşdü.

Güney Azərbaycan azadlıq hərəkatinin çağdaş dirilişi kimi Azərbaycanlıların milli təqviminə düşən Milli Qiyamın 12-ci ildönümündə Qiyam şəhidləri anılacaq.

Milli qiyamda ən çox şəhid verən Azərbaycan ellərində, Sulduz eli olub.Sulduz milli fəalları bildiriblər ki  anım mərasimi mayın 25-i,Təbriz vaxtila saat 17:00-da şəhidlərin məzarı başında keçiriləcək.
Yurd dışında  Güney Azərbaycan istiqlalçı Təşkilatları bir araya gələrək “İstiqlala  gedən yol” adlı Konfrans keçirəcəklər.Yığıncaq 23 May tarixində İsveçin başkəndi Stokholm da baş tutacaq.

Xatırladaq May ayının qanlı hadisələrinin baş verməsi “İran” qəzetinin türklərə  təhqirə yol verməsi ilə başlasa da, fars şovinizminin illər boyu azərbaycanlılara qarşı təzyiqləri ilə əlaqədar olub və son baş verən təhqir millətin tökənən səbr və dözümünün qırlan yeri olub. Azərbaycanın güneyin  işğal edən  fars şovinistləri,80 il durmadan Azərbaycana və bu topraqın sahabi olan türk millətinə  qarşı maddi sömürgəçilik və mənəvi təzyiq və eritmə siyasəti yurudublər.

Ancaq farsların türklərə qarşı yağdırdıqları dözülməz təhqirləri bu dəfə kütləvi olaraq türklərin şiddətli qəzəbinə səbəb oldu və Azərbaycan türkləri güneydə , bununla öz siyasi mövqeyini nümayiş etdirdilər və  ogündən beri Azərbaycanlılar özlərinə yeni bir siyasi yol  çiziblər.
Uzun illər dən sonra Azərbaycan bir vulkan kimi püskürdü.Təbriz, Urmiyə, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Makı, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyətdə günlərlə davam elədi. İran hüquq-mühafizə orqanları isə şiddət və gücdən istifadə edərək, dinc şəkildə keçirilən etiraz aksiyalarını dayandırmağa çalışdı.

Həmin etirazalarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub, yüzlərlə insan yaralanıb, Minlərlə Güney Azərbaycan türk ziyalısı həbs olundu və çoxsaylı millətçi məcbur halda ölkəni tərk ediblər. Bir çoxlarının «cinayət işi bu günədək davam etməkdədir».

 

Artıq 12 ildir ki, Azərbaycan türkünün Milli haqlarının təmin olunması yolunduakı bu şərəfli mübarizə günləri hər il yad edilir və şəhidlər anılır. 

Onlar Güney Azərbaycan şəhərlərində Bildirilər yayır, görüşlər keçirir, şəhidlərin məzarı üstə gedir, onların ailələrini ziyarət edir  və divarlar üzərində milli şüarlar yazırlar. Sosial şəbəkələrdə isə Milli Qiyamın ildönümünə günlər qalmış həmin günlərdə canlarını fəda etmiş şəhidlərin şəkili yayılır, onların həyatı barədə məlumat verilir və bu qiyamın təfərrüatı  müzakirə edilir.

Buna qarşı olaraq daxildə iran rejimi Azərbaycan şəhərlərində güc tədbirini artır və demək olar Azərbaycanın bütün şəhərlərində Nizami vəziyyət yaradır. İrann rejiminin Ettelaat qüvvələri  bu günlərdə tanınmış milli fəallara təziqləri artırır və onlara təhdidlər və uyarılar verir ki heç bir fəaliyətə təşəbus olunmasın.

Ancaq bugün 12 il bu hadisədən keçsədə  Milli qurtuluş hərəkati Azərbaycanın güneyində kütləvi şəkildə güclənib və Türk millətinin Güney Azərbaycanda azadlıq mübarizəsi iran rejiminin ən böyük sorununa çevirilmişdir.Bugündə rejim tutuqlamalara ,qondarma məhkəmələrilə millətçilərə təziqləri  dəvam edir ….

Həmin şəhidlərin adlarının diqqətinizə çatdırırıq:
sehidlerimiz

Məhəmmədəli Cənnətniya – 65 yaşlı – Sulduz (adı Nəğədə edilib) şəhəri,  

Behzad Səbuhinejad – işgəncələrlə öldürülüb,Təbriz, 

Fərzad Əsədpur – 21 yaş, Urmiya,

Eyvaz Səyyahi – aksiyada yaralanıb və xəstəxanada dünyasını dəyişib, Urmiya,

Rza Mirağa Purdərviş – yaralanıb və xəstəxanada dünyasını dəyişib ,Təbriz,

Hümmət İsmzadə – Sulduz, 

Novruzi – Sulduz,    

Tohid Əşrəfi – 12 – 13 yaş arasında yeniyetmə, Sulduz, 

Həmzə Niyazi – Sulduz, 

Əlirza Qulipur – Sulduz, 

Həbib Rəzəvi – Sulduz, 

Rəzzaqi – Sulduz,

İzzəti – Sulduz, 

Səttar Səlimi – tələbə olub. Onun meyiti 2 ay sonra ETTELAAT  məmurları tərəfindən ailəsinə verilib – Təbriz, 

Sina Taroq – qətlə yetirildikdən 40 gün sonra ölüm xəbəri yayılıb – Təbriz,  

Əkbər Noruzi – 53 yaşlı, işçinin meyiti öldürüldükdən bir neçə gün sonra morqdan tapılıb – Təbriz,

Hüseyn Fəthipur – tələbə,Sulduz, 

Cəlil Abidi – Xiyav (Meşginşəhr), 

 Əsgər Qasimi – Sulduz, 

Tohid Azəryun – Sulduz

“şəhidlərimizin yeri uçmaq olsun , tanrı  rəhmət eləsin”

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture