/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanlı fəal Dr Əsədullah Əsədi yenidən tutuqlandı

Güney Azərbaycanlı fəal Dr Əsədullah Əsədi yenidən tutuqlandı

Oğuz TV: Güney Azərbaycanın  milli-siyasi fəalı Əsədullah Əsədi  Təbriz şəhərində  yenidən tutuqlandı .

Oğuz tv muxbirinin Təbrizdən göndərdiyi bilgiyə dayanaraq, 1395 ci ilin İsfənd ayının 5-də(23 fevral2017) milli siyasi fəal Təbrizdə tutuqlanıb .

O Təbrizin Bağmeşə məhələsində olan öz mətəbinə gedən zaman iran əmniyyət qüvvələri tərəfindən güc tətbiq edərək, onu tutuqlanıb. Ə.Əsədi ailə üzvləri günlərdir fəallın harda saxlandığı haqda rejimin bütün rəsmi qurumlarına muraciət etsələrdə ,bir cəvab eldə etməyiblər.

Xatırladaq ki, milli fəal 23 tir 1389-cu ildə (2010)Təbrizdə  yaxalanmış və 5 ay ETTELAATın  təkadamlıq zindanında  işgəncə və sorğu-sualdan sonra Tehranın “Evin” zindanına göndərilmişdir.

Orda  4 ay boyunca təkadamlıq zindanda saxlanıldıqdan sonra, Tehranın İnqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən “Xəlqi müsəlman” partiyasına üzv olduğuna ,Digər dövlətlərə casusluq və iran rejiminə qarşı olan qruplarla iş birliyi apardığına görə, 10 il həbsə məhkum olmuşdur.

Bu cəza sonradan Təcdide Nəzər məhkəməsində 5 ilə  qədər azlmışdı. Doktor Əsədullah Əsədi, keçən həftə Tehranın “Evin” zindanından azadlığa buraxılmışdı.

Bilgi üçün onu da qeyd edək ki, Təbrizdə həkim olaraq çalışan 51 yaşlı milli fəal Əsədullah Əsədi, əslən Qaradağ mahalındandı. O, hər zaman Qaradağın imkansız ailələrinə pulsuz tibbi xidmət göstərmiş, əlindən gələn yardımı Qaradağın yoxsul xalqından əsirgəməmişdi. Ona görə də bu fəala həm milli fəallar, həmdə qaradağlılar  böyük sayğı göstərir.OğuzTV

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture