/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney Azərbaycanlı Milli fəal Səid Məhəmmədi Məhkəməyə çağırıldı

Güney Azərbaycanlı Milli fəal Səid Məhəmmədi Məhkəməyə çağırıldı

Oğuz TV:İran rejimi Güney Azərbaycan milli hərəkətinə təziqlərin qat qat artırıb.Dünən axşam  Güney  Azərbaycanlı Milli fəal Səid Məhəmmədi,Fars rejiminin Əhər  şəhərində yerləşən  İnqilab məhkəməsinə  çağrış vərəqəsi gəlib.

Oğuztv muxbirinin verdiyi son məlumata əsasən milli fəalla gələn çağrış bəlgəsinde deyilir ki Səid 1396-cı ilin fərvərdinin 23-də (12April 2017) səhər çağı ,Təbriz vaxtilə saat 9:00 radələrində ,fars rejiminin Əhərdəki “İnqilab məhkəməsində”(Dadgostariye Əhər-Təbriz 3cü İngilab şobəsi) hakım qarşısında olmalıdır. 

 

Əhər məhkəmə  savcisisinin(dadsetanin) hazırladığı dosyası əsasinda “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə müxalif anti rejim qruplar yaratmaq” ittihamilə hakim qarşısına çıxmalıdır.
Xatırladaq ki, son bir həftə içində fars rejimi Əhər,Xiyav,Ərdəbil şəhərlərindən olan 10-lar  Azərbaycan milli fəallaarına məhkəməyə çağrış bəlgəsi yollayıb.
Son bir həftədə eyni tarix  və məhkəməyə çağrılan onlarca Azərbaycan milli fəallarının adları, 2014-cü il fevralın 20-də Əhərdə  “Beynəlxalq Ana Dili Günü” mərasimində 100dən aşqın  tutuqlanan milli fəalların adları arasındada yer alır .Güney Azərbaycan milli və siyasi ekspertlərin baxş və təxminlərinə görə bu çağrışlar həmin 2014 cü ilin kütləvi tutuqlamalar dosyasının dəvamıdır .O tutuqlamada yüzlər  Güney Azərbaycanlı milli fəal Əhər şəhərində tutuqlanmış , günlərcə işgəncə görmüş və mülki vəsiqə qarşısında müvəqqət olaraq azad olmuşdurlar.
.

Comments,Baxışınız
oguz gif telegram