/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güney həsrətli cumhurbaşqanının vəfatından 16 il ötür

Güney həsrətli cumhurbaşqanının vəfatından 16 il ötür

Oğuz TV: İlk dəfə Güney Azərbaycan məsələsini dilə gətirən və ömrünün son günənə qədər Azərbaycanın Bütövlüyü uğrunda mübarizə aparan Quzey Azərbaycanın eks cumhurbaşqanı Əbülfəz Elçibəyin vəfatından 16 il ötür. 

1938-ci ilin 24 iyun tarixində Naxçıvanın Ordubad vilayətinin Kələki kəndində dünyaya gələn Ə.Elçibəyin atası əslən vətənin Güney tayından idi. 

Hələ uşaq ikən Güney Azərbaycan həsrəti çəkən Elçibəy, ömrünün son gününə qədər Güney Azərbaycanın azadlığı, Bütöv Azərbaycan üçün çalışdı. 

Sovet işğalı altında olan Quzey Azərbaycanın bağımsızlığı uğruna apardığı mübarizədən dolayı Elçibəy, 1975-ci ildə Sovet Təhlükəsizlik Komitəsi tərəfindən həbs edilərək Bakının Qobustan qəsəbəsindəki zindana salındı. 

1 illik həbs həyatından sonra Elçibəy,1988-ci ildə başlayan və Quzey Azərbaycanın Bağımsızlığında misilsiz rol oynayan Azərbaycan Milli Hərəkatına  liderlik edib. 

1992-ci il də isə Ə.Elçibəy Bağımsız Azərbaycanın demokratik yolla ilk cumhurbaşqanı seçilir. 

1993-cü ilə kimi cumhurbaşqanı vəzifəsini icra edən Bəy, bu qısa müddətdə Azərbaycan üçün xeyli əhəmiyyətli işlər gördü. 

Rus ordusunun ilk dəfə Quzey Azərbaycandan tamamən çıxarılması, Azərbaycan manatının dövriyyəyə buraxılması,  latin əlifbasına keçilməsi, təhsildə test üsuluna keçirilməsi və s. Elçibəyin bir illik hakimiyyəti dövründə gördüyü işlərdən sadəcə bəzisidi. 

 

Bu günə qədər Güneydə dörd inqilab baş verib, beşinci inqilab Güney Azərbaycana azadlıq gətirəcək deyən Ə. Elçibəy, ömrünün son gününə qədər Güney Azərbaycan məsələsini diqqətdə saxladı və İrana işğalçı dövlət olaraq baxan ilk Azərbaycan Cumhurbaşqanı oldu. 

Yazdığı “Bütöv Azərbaycan Yolunda” kitabında Elçibəy, vətənimizin Güneyindən geniş şəkildə bəhs edir. 

Mənim qibləgahım Savalandır deyən Elçibəy, 63 yaşındaykən, 2000-ci ilin 22 avqustunda uzun sürən xərçəng xəstəliyindən sonra Ankara şəhərində yatdığı xəstəxanada eynən Rəsulzadə kimi üç dəfə Azərbaycan deyərək gözlərini əbədiyyətə yumdu. 

Ölümünün 16-cı ilində “Bir gün gələcək bütün yollar dağlar sultanı , dağlar şahənşahı , dağlar piri Savalana gedəcək! Bir gün gələcək , Savalan milyon-milyon insanın ziyarət məbədi , and yeri, inanc qaynağı olacaqdır!
Azadlıq sevdasını daşıyanlara Savalan ziyarəti qismət olsun! Tanrı yar yolsun” deyən böyük insan, dəyərli Türkçü və son nəfəsinə qədər Bütöv Azərbaycan uğruna münarizə aparan Ə.Elçibəyi sevgi və sayğıyla anır, ruhunun şad, yolunun davamlı olmasını diləyirik. 

Comments,Baxışınız
oguz gif telegram