/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneydə çərşənbə mərasimi baş tutdu

Güneydə çərşənbə mərasimi baş tutdu

Oğuz TV : Güney Azərbyacanda millətimiz rejmin bütün basqınalarına baxmayaraq, öz Türk adət ənənənəsini davam etdirir. Bunun dünən bir daha şahidi olduq.

Güneydən gələn bilgilərə görə, dünən son çərşənbə ilə əlaqədər olaraq Ərdəbil və Əhər şəhərlərində  soydaşlarımız  Şorabil və  Əhər çaylarına gedərək su üstündən atlanmaq kimi çərşənbə ənənəsini yerinə yetiriblər.

Son çərşənbədə su üstünə getmək, diləyini , dərdini suya danışmaq, suyun üstündən  atlanmaq Türk inancında yer alan çox qədim bir mərasimdi.

Buarada dünən bahardan xəbər verən ilaxır çərşənbədə Güneyin Ərdəbil və Əhər şəhərlərinə qar yağıb. Bu qarlı, şaxtalı havaya baxmayaraq, soydaşlarımızı  əski Türk ənənələrini yerinə yetirməkdən heç nə çəkindirə bilməyib.

 

Comments,Baxışınız
oguz gif telegram