/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneydə fəallarımıza qarşı təqiblər davam edir
ایکی یانیق اورکدن قالخان بیر آلوون قیغیلجیمی کیمی آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Güneydə fəallarımıza qarşı təqiblər davam edir

Oğuz TV:  Mədəni fəal İbrahim Rəşidi tutuqlandı.

 Əldə etdiyimiz bilgilərə görə, 11 fərvərdin Xiyov şəhərində tutuqlandı. Yaxınlarının verdiyi bilgiyə görə, Xiyov şəhərində bir qrup sivil geyimli məmurlar İbrahim Rəşidini tutuqlamış və bilinməyən istiqamətə aparmışlar. Yaxınları sivil geyimli bu məmurların ettelaat işçiləri olduğunu bildirdirlər.

Ən son gələn bilgilərə görə isə, fəal bir neçə saat tutuqlu qaldıqdan sonra azad edilib.  İbrahim Rəşidinin nədən saxlanıldığı hələki məlum deyil.

İbrahim Rəşidi mədəni çalışmaları ilə Milli Hərəkatda tanınır. O keçən illərdə milli fəalların Əhər şəhərində qurduğu toplantıya qatılmış və o milli fəallarla birlikdə tutuqlanmışdı.

İbrahim Rəşidi Urmu universitetində milli fəalların yayımladığı “Baxış” və “Oyanış” dərgiləri ilə  əməkdaşlıq etmişdi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture