/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneydə uşaqlara kitablar paylanıldı-Ses+Görüntü
Güneydə uşaqlara kitablar paylanıldı

Güneydə uşaqlara kitablar paylanıldı-Ses+Görüntü

Oğuz TV : Dünya Ana Dili günü ilə bağlı Güney Azərbaycanda uşaqlara  ana dilimizdə kitab və CD-lər yayıldı.

Əldə etdiyimiz bilgilərə görə, Təbrizdə  Ana Dili günü ilə bağlı körpə uşaqlara Azərbaycan Türkcəsində yazılmış nağıl və şer kitabları, milli qəhrəmanlarımız və şairlərimiz şəkilləri, eyni zamanda nağıllardan ibarət CD-lər paylanılıb.

İran rejmi işğal altında saxladığı Güney Azərbaycan Türklərinin dilləri və milli haqqlarını əllərindən alınsa da, millətimiz Ana Dili və milli haqqlar uğrunda mübarizəni  müxtif formalarda davam etdirir.

Bundan başqa Güney Azərbaycanın Kərəc şəhərində Ana Dili günü ilə bağlı milli fəallar tərəfindən bildirilər yayılıb.
 
Tikantəpə şəhərində də Ana Dili günü ilə bağlı şəhərin mərkəzi küçələrində və məktəblərin önündəki divarlara milli sloqanlar yazılıb.
 
Xatırladaq ki, İran rejminin bütün yasaqlarına baxmayaraq, Güney Azərbaycanda millətimiz dilimiz uğrunda mübarizəni davam etdirir.


Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

1. audio_2016-02-21_18-49-38     
Comments,Baxışınız
oguz gif telegram