/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneyli Milli Fəal Sudi Həbs olunudu
موسی‌ سودی فعال ملی‌ دربند,موافقت" آزادی مشروط‌"به تعویق افتاده را رد کرد

Güneyli Milli Fəal Sudi Həbs olunudu

OğuzTV:Bu gün 16 dekabr 2017 Güney Azərbaycan milli azadlıq hərəkatinin  Milli fəalı Musa Sudi 7 ay həbs cəzasını çəkmək üçün Təbriz  zindanına müraciət edib.Günlərdir fars rejiminin məmurları Ərdəbili milli fəalı tutuqlamaq üçün onun ailəsinə basqılar və təziqlər verərək Musanın ortaya çıxmasını cəhd ediblər.İki gün öncə Çərşəmbə 13 dekabr Musa Sudi Muğanlunu tutmaq məqsədilə Atasının evini basan molla rejiminin məmurları, Milli fəalı evdə tapanmamışdı .  

Xatırladaq milli fəal Sudi  keçmişdə İran rejiminin Təbrizdəki məhkəməsinə çağırılıb, onun 3 il əvvəl Təbrizin “Səhənd” stadionunda  “Tiraxtur-Əlcəzirə” komandalarının qarşılaşması zamanı həbs olunması ilə əlaqədar  qondarma ittihamlara dayanıblar və milli fəala  qondarma muhakəmə qurulub..

Güney Azərbaycanlı milli fəal Musa Sudi Muğanlu 2013-cü il fevralın 27-də (1391-ci il, isfəndin 8-də) Təbrizin “Tiraxtur” futbol komandası ilə Səudiyyə Ərəbistanının “Əlcəzirə” komandası arasında keçirilən yarışda həbs olunmuşdu. Fəal, tutulandan sonra fars rejiminin təhlükəsizlik nazirinin “ETTELAAT” Təbrizdə yerləşən idarəsinə aparılmış, orada ağır psixi və fiziki  (ruhi və cismi) işgəncələr altında dindirildikdən sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdü. O, 20 gün həbsdə saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk sənədi girovu qoyaraq  (1391-ci il, isfəndin 28-də) Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Comments,Baxışınız
oguz gif telegram