/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneyli-Quzeyli Azərbaycan Türkləri Oğuz bayramını birgə qutladı (Görüntü)
Bazargan

Güneyli-Quzeyli Azərbaycan Türkləri Oğuz bayramını birgə qutladı (Görüntü)

Oğuz TV: İran rejminin bütün cəhdlərinə baxmayaraq, Oğuz (Bahar) bayramında yenə də Güneyli soydaşlarımız Quzey Azərbaycana üz tutdular.

Hər il olduğu kimi bu ildə onlarla soydaşımız Baharı İranın əmr etdiyi kimi ermənistanda deyil, öz vətənlərində, Quzey Azərbaycanda qarşılamağı üstün tutdular.

Vətənin Güney tayından Quzey tayına üz tutan soydaşlarımız qardaşları tərəfindən böyük sevinclə qarşılandılar.

Quzey Azərbaycanın başkənti Bakıda düzənlənən Bahar şənliklərində Quzeyli-Güneyli  soydaşlarımız birgə deyib-gülüb əyləndilər.

Xatirladaq ki, İran rejmi Bahar bayramında  Güneyli soydaşlarımızın Quzey Azərbaycan və Türkiyəyə deyil, işğalçı ermənistana getmələri üçün bütün şəraiti yaratmasına və buna insanları məcbur etməsinə baxmayaraq, soydaşlarımız  Oğuz Bayramını Quzey Azərbaycan və Türkiyədə keçirməyə üstünlük verdilər.

Yendir Güneylilər Quzeydə Bahar bayramında

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture