/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Güneyli şair II Fəxri Xiyabanda dəfn edildi-Foto

Güneyli şair II Fəxri Xiyabanda dəfn edildi-Foto

Oğuz TV: Dünən dünyasını dəyişən şair Söhrab Tahir bugün Bakıda vida mərasimindən sonra dəfn edildi.

APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.

Söhrab Tahir 1926-cı il avqustun 6-da Güney Azərbaycanın  Astara şəhərində sənətkar ailəsində anadan olub.

İkiyə bölünmüş vətənimizin dərdini bir an da unutmayan, 1945-ci ildə Güney Azərbaycanda şah rejiminə qarşı vuruşaraq, Seyid Cəfər Pişəvəri hökumətinin qurulmasında yaxından iştirak edən S.Tahir, 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenumunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla təltif olunub.

Şair dünən uzun sürən xəstəlikdən sonra 90 yaşında dünyasını dəyişdi.

Bugün isə şairlə keçirilən vida mərasimindən sonra o, II Fərxri Xiyabanda dəfn edildi.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture