/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Həbsdə olan milli fəalın ailəsi sorğu-suala çəkildi

Həbsdə olan milli fəalın ailəsi sorğu-suala çəkildi

Oğuz TV: Bugün, 4 isfənd  Təbriz saatı  09:00-da Abbas Lisaninin xanımı Rüqəyya Lisani və iki oğlu Əli və  Mehdi ilə birlikdə Ərdəbilin İnqilab məhkəməsinin ikinci şöbəsinə çağrılıb.  

Ailə, qazi Tahiri tərəfindən sorğu-suala çəkilib. Qazi öncə Rüqəyya Lisanini sorğu-sual edib. Rüqəyya xanım verilən sulların heç birinə cavab verməyib.  Bundan sonra onun oğlanlarını sorğu-suala tutublar. Uşaqlara “evinizə kimlər gəlir?”, “nədən onlarla danışırsız?” və s. kimi suallar veriblər. Uşaqlardan Əli  evə gələn qonaqların atalarının fikirdaşları olduqlarını və bu qonaqlara sayğı göstərmək onların borcu olduğunu  bildirib.Ali lesani-OguzTV

Daha sonra Mehdidən soruşublar ki, “sizin ayda normal gəliriniz olsa siz milli işlərdən əl çəkərsiz?” Mehdi isə  cavabında biz atamızın yolundan dönmərik deyib. Əlavə edib ki, bu vədlərinizlə bizi aldada bilməzsiz.

Sorğu-sual və məhkəmələrdən bezən uşaqlar məmurlara deyiblər ki, bizi hər gün belə rahatsız etməkdənsə, bizə də atamız kimi həbs verin, gedək zindana. Bezmişik  eşikdə zindandaki kimi yaşamaqdan.

Xatırladaq ki, İran rejmi özü həbsdə olan Abbas Lisaninin ailəsinə rahatlıq vermir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture