/  
Ön yapraq » Oğuz xəbər » Həddad Adilin millətimizi inkar edən şeri yenidən dərs kitablarında

Həddad Adilin millətimizi inkar edən şeri yenidən dərs kitablarında

Oğuz TV: Fars Ədəbi Dilini Qoruma idarəsinin başqanı, Xamneyinin qudası Həddad Adilin bir neçə il bundan öncə yazdığı “Ey fars dili” adlı şeri illər öncə İranda dərs kitablarının üz qabağında yayınlanmışdı. Adil, şerdə İranın bu gün işğalda saxladığı bütün xalqları və onların dillərini fars kimi göstərib. Təbrizi, Buxaranı, fars torpağı , fars mülki kimi təqdim edilib.
Bu şer illər öncə dərs kitablarında yayınlananda,qeyri-farslar, özəlliklə də Azərbaycan Türkləri etiraz etmişdilər və bu şer dərs kitablarından çıxrılmışdı.
Lakin bu il İranın işğalda saxladığı millətləri yox sayan bu şer yenidən dərs kitablarında yayınlanıb.
Bu arada İranda bir neçə günə açılacaq məktəblərdə onsuzda Ana dilimizdə təhsil almaqdan məhrum edilən körpə balalar, bir də Həddad Adilin dilimizi, milliyyətimizi inkar edən bu şerini də əzbərləmək məcburunda qalacaqlar.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture