/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Həmədanda “Bağış Divarı” quruldu

Həmədanda “Bağış Divarı” quruldu

Oğuz TV: İran rejminin günü-gündən yaşamını ağırlaşdırdığı Güney Azərbaycan şəhərlərində insanlar bir-birlərinə dayaq olamaqda davam edirlər.

Belə ki, iqtisadi durumu ağır olan Həmədan bölgəsinin Bahar şəhərində insanlar bu şəhərdə “Bağış Divarı” adı verdikləri bir kompaniyaya başlayıblar. Şəhər sakinləri istifadə etmədikləri paltarları və əşyaları gətirib bu divarlardan asırlar ki, ehtiyacı olan digər insanlar alıb istifadə eləsinlər.

Xatırladaq ki, bu Güney Azərbaycan şəhərlərində ilk belə paylaşım kompaniyası deyil. Bundan öncədə belə kompaniya Təbriz, Ərdəbil, Urmu də digər Azərbaycan şəhərlərində də həyata keçirilmişdi.

Comments,Baxışınız
oguz gif telegram