/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Həmədanda vali Türkcə afişlə qarşılandı

Həmədanda vali Türkcə afişlə qarşılandı

Oğuz TV: Güney Azərbaycanın Həmədan əyalətinin Qabaqtəpə kəndində valini Türk dilində yazılmış pankarla qarşıladılar.

Həmədanda gündən-günə millətimiz öz dilinə və milli kimliyinə sahib çıxıraq bunu əyani şəkildə nümayiş etdirir. Əyalətdə hazırlanan dəvətiyyə kartlarından, afişlər, iş yerləri və dükan adlarından bunu açıq şəkildə görmək mümkündü.

Sanki əyalətdə iş yerlərinə Türk adları qoymaq uğrunda insanlar bir-birləri ilə yarışa girib. Bu da əyalətdə Milli Hərəkatın gündən-günə inkişaf edib genişləndiyini göstərir.

Həmədan əyalətindən olan milli fəalların bildirdiklərinə görə, Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan milli fəalların Həmədana olan ilgisi bu əyalətdə Milli Hərəkatın daha da genişlənməsinə və gündən-günə güclənməsin böyük təsiri göstərir.  

Comments,Baxışınız
oguz gif telegram