/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Həmədanda yeni Türk takımı yarandı

Həmədanda yeni Türk takımı yarandı

Oğuz TV: Güney Azərbaycanda İran rejminin bütün basqı və təzyiqlərinə baxmayaraq, artan Milli Hərəkatımız artıq şəhərlərlə kifayətlənmir. Kəndlərimizdə də Milli Hərəkatımızın, Türk milli bilincinin genişləndiyinə şahid oluruq.

Beləki, son zamanlar Milli Hərəkatda önəmli şəhərlərdən birinə çevrilmiş Həmadanın Kovrəng bölgəsinin Çarlı kəndi yeni bir uğura imza atdı. Bu kəntdə bugünlərdə kənd uşaqlarından ibarət yeni futbol takımı yaranıb. Takıma ad isə,  farscadan deyil, öz türkcəmizdən  “Ulduz” adı seçilib.  Takımın oyun formalarının üstünə də “Ulduz” yazılıb.

İran işğalı altında olan Güney Azərbaycanda İran rejminin bütün yasaqlarına baxmayaraq, soydaşlarımızda öz ana dilinə olan sevgi və sayğı hər sahədə özünü göstərir.

Məlumat üçün onu da qeyd edək ki, Həmədanın Çarlı kəndi film sahəsində İran üzə bir neçə dəfə ən yaxşı oyunçu adına laiq görülmüş məşhur oyunçu Pərviz Pərəstuyinin doğma kəndidi.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture