/  
Ön yapraq » Oğuz xəbər » Həsənov: “Azərbaycan geniş əsgəri əməliyatlara hazırdır”
Həsənov: Azərbaycan ordusu geniş əsgəri əməliyatlara hazırdır

Həsənov: “Azərbaycan geniş əsgəri əməliyatlara hazırdır”

Oğuz TV: Azərbaycan Savunma Naziri Həsənov, Azərbaycana qarşı ittihamedici açıqlamalar verən işğalçı Ermənistan rəsmilərinin uyararaq, “Azərbaycan ordusu genişmiqyaslı əsgəri əməliyyatlara hazırdır” dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, Azərbaycan Savunma Nazirliyində, yüksək rütbəli hərbi rəsmilərin və ordu komandanlarının iştirakı ilə toplantı keçirilib.

Nazirlik açıqlamasına görə, Azərbaycan Savunma Naziri Zakir Həsənov tədbirdə çıxışında, işğalçı Ermənistandakı hakimiyyət dəyişikliyinin ardından bəzi Erməni siyasilərin və yeni Baş Nazir Nikol Paşinyanın məsuliyyətsiz bəyanatlar verdiyini xatırladaraq, “Ermənistan rəhbərliyini uyarırıq. Düşmənin bu cür hərəkətləri yolverilməz və Azərbaycan ordusu genişmiqyaslı ısgıri əməliyyatlara hazırdır” ifadələrini qullandı.

Həsənov, işğalçı Ermənistan ordusunun ön cəbhədə və cəbhənin arxasında keçirdiyi fəaliyyətləri daim nəzarət etmək, mümkün addımlarına hər an hazırlıqlı olmaq və mümkün təxribatların anında qarşısının alınması üçün lazım olanın edilməsi əmrini verdi.

Nazir Həsənov, Prezident İlham Əliyevin tapşırığı lazımi, 26 İyunda Azərbaycan ordusunun 100-ci qurum əlamətdar hadisənin təntənəli tədbirlərlə qeyd olunacağı məlumatını da verdi.

İşğalçı Ermənistan Baş Naziri Paşinyan, baş nazir olduqdan sonra ilk səfərini Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi Dağlıq Qarabağa etmiş, burada keçirdiyi mətbuat konfransında Azərbaycanı ittihamedici bəyanatlar vermişdi.

Comments,Baxışınız
oguz gif telegram