/  
Ön yapraq » Oğuz xəbər » Haaqa şəhərində “20 Yanvar” şəhidləri anıldı

Haaqa şəhərində “20 Yanvar” şəhidləri anıldı

Oğuz TV: Bakı Qətliamının 26-cı ildönümündə şəhidlər, Hollandiya Azərbaycan Türk kültür Dərnəyi liderliyində təşkil edilən proqramla Haaqa Türk İslam Mədəniyyət Dərnəyində anıldı.

Proqramda 20 Yanvar 1990 tarixinin şahid çıxış etdi. Duyğulu anların yaşandığı çıxışlarda 20 Yanvar Bakı qırğınının əsla unutulmayacağı qeyd edildi. Hollanda Azərbaycan Türk Mədəniyyət Dərnəyi Başçısı İlhan Aşkın, 20 Yanvarın Azərbaycan xalqının müstəqilliyinə gedən olaraq qiymətləndirdi.

Bir daha belə bir insanlıq cinayətinin yaşanmamasını arzulaydıqlarını söyləyən Başçı Aşkın, “20 Yanvar  xalqımızın şan və şərəf günüdür. O gün küçələri boyamış al şəhid qanları bir anlamda milli ülkümüzün oyanan günəşinin qırmızı şəfəqini idi. Xalqımız o gün sovet ordusunun qorxunc hücumuna qarşı sinə gərməyi, öz şəxsiyyətini və mətanətini qorumağı bacardı deyə bildirdi. 

Haaqa Türk İslam Mədəniyyət Vaqfı Başçısı Tahsin Çetinkaya, son iki ildir Bakı şəhidlərini yad etməkdən qürur duyduqlarını söylədi. Çetinkaya qeyd etdi ki, “İki dövlət tək millət olan Azərbaycan ilə Türkiyə ayrılmaz bir bütündür. 

Türk xalqının ağrısını hiss edib, Türk xalqını tək buraxmamaq lazımdır. Türk xalqı yalnız Türkiyədə deyil. Avropalı Türklər və dünyanın müxtəlif yerlərində ki Türkləri də yaddan çıxarmayaq lazım deyil deyəqə  Çetinkaya vurğuladı.

 

Comments,Baxışınız
oguz gif telegram