/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Haley:Orta doğuda bütün terroristlərin və qarqaşaların arxasında iran var,Ərəbistani vuranda irandir
هیلی: ردپای ایران دوباره در حمله موشکی به عربستان دیده می‌شود

Haley:Orta doğuda bütün terroristlərin və qarqaşaların arxasında iran var,Ərəbistani vuranda irandir

OğuzTV:Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, dekabrın 14-də Pentaqonda jurnalistlərlə görüşündə İranın Orta Şərqin sabitliyini pozmasından, regionda terrorçu qruplaşmalara dəstəyindən və radikal şiə-husiləri silahlandırmasından danışıb.

İranı Yəməndəki husilərə silah və raket göndərməkdə günahlandıran Nikki Haley bildirib ki, dünya birliyi İranın ikinci Şimali Koreya çevrilməsinə imkan verməməli, nə qədər ki gec deyil, onun regionun sabitliyinə qarşı yənəlmiş dağıdıcı hərəkətlərinin qarşısını almalıdır: “Hazırda mənim arxamda gördüyünüz bu raket, Yəməndəki husilərin noyabrın 4-də Ər-Riyadın qeyri-hərbi hava limanına atdığı ballistik raketinin qalıqlarındandır. Bu raketin üzərində İranın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanı var və raketin özəllikləri İranın istehsal etdiyi digər raketləri ilə eynidir. Raketin qalıqları isə araşdırılması üçün Səudiyyə Ərəbistanından Amerikaya göndərilib.

 

Bütün bu sübutlar bir daha göstərir ki, İranın nüvə sazişindən  sonrakı rəftarı nəinki dəyişməyib, əksinə bu ölkə Yəmən, İraq, Suriya və Livanda öz dağıdıcı fəaliyyətini hələ də davam etdirir. Rəsmi Tehranın bu hərəkətləri, onun üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğu halda, həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsini pozur. Məsələ ondadır ki, İran raketləri təkcə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı deyil, hamıya və bütün bölgəyə qarşı ciddi bir təhdid və təhlükədir.

 

Bu gün, Orta Şərqdə elə bir terrorçu qruplaşma yoxdur ki, İran ona dəstək verməsin və ya onunla əlbir olmasın. İran, Orta Şərqdə hələ də mövcud çaxnaşmaları qızışdırıb alovlandırır. Təəssüflər olsun ki, İranın keçmişdəki rəftarında yaxşılığa doğru heç nə dəyişməyib və bu ölkə beynəlxalq terrorizmə dəstəyini bu gün də davam etdirir. Bunun isə qarşısı hesab edirik ki, dünya birliyi tərəfindən alınmalıdır. Vaşonqton isə öz növbəsində beynəlxalq bir koalisiya yaratmaqla İranın bu təhdidlərinin qarşısında dayanmaq niyyətindədir”.

 

Comments,Baxışınız
oguz gif telegram