/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Hindustan – Pakistan arasında savaş gərgiliği

Hindustan – Pakistan arasında savaş gərgiliği

OğuzTV:Son günlər Hindistan -Pakistan münasibətləri yenidən pisləşib. İki Pakistan əsgərinin Hindistan hərbçiləri tərəfindən öldürülməsi rəsmi İslamabadın kəskin etirazına səbəb olub. Pakistan müharibə başlayacağı təqdirdə Hindistanı nüvə silahı ilə məhv edəcəklərini bildirib. 

Hindistanın Daxili İşlər Nazirliyi ölkədə yüksək terror təhlükəsi elan edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms of İndia” qəzeti yayıb.

Qəzet təhlükəsizlik tədbirlərinin Cammu, Kəşmir, Pəncab, Racastan, Qucarat, Maxaraştre və Dehlidə gücləndirildiyini bildirib. Rəsmi Dehli məhz bu ərazilərdə yeni teraktların törədilmə ehtimalının çox olduğunu bəyan edib.

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif Hindistanı nüvə silahı ilə məhv etməklə hədələyib.

Publika.az xəbər verir ki, bu haqda Britaniyanın “Daily mail” nəşri bildirib.

“Əgər Hindistan müharibəni bizim boynumuza qoymağa cürət edərsə, biz onu məhv edəcəyik. Pakistan ordusu Hindistan tərəfindən ediləcək istənilən hücuma cavab verməyə tamamilə hazırdır”, – Pakistanın müdafiə naziri bildirib.

Onun bu bəyanatı Pakistan-Hindistan sərhədində baş verən son hadisədən sonra verilib. Pakistan Hindistan əsgərlərini ötən gün sərhəddə atəş açmaqda ittiham edib. Atəş nəticəsində mübahisəli Kəşmir regionunda iki Pakistan əsgəri həlak olub. Pakistanlılar Hindistana artilleriya atəşi ilə cavab veriblər.

İslamabad Hindistanı açıq təcavüzdə ittiham edib. Hindistan sərhəd zolağının 10 kilometr dərinliyində olan bütün əhalinin təxliyəsinə başlayıb.

İki nüvə ölkəsi yeni müharibənin astanasına gəldiyi barədə fikirlər səslənir. “Daily mail” nəşri qeyd edir ki, ölkələrin arasında yeni müharibənin başlana biləcəyi barədə qorxuları artır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture