/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Hollanda-Türkiyə ilişkiləri daha gərginləşdi…türklər  Rotterdama axışır

Hollanda-Türkiyə ilişkiləri daha gərginləşdi…türklər  Rotterdama axışır

OğuzTV:Hollandiya ilə Türkiyə arasındakı qalmaqal davam edir.Hollandiyanın İstanbuldakı konsulluğunda və Ankaradakı səfirliyində giriş-çıxış bağlanılıb.

Türkiyədən Hollandiyaya cavab- səfirliyin binasına giriş qadağan olunduMəlumata görə, İstanbulun “İstiqlal” küçəsində yerləşən Hollandiya konsulluğu binasının qapılarını bağlayan polis, binaya giriş və çıxışı qadağan edib. Hollandiyanın Ankaradakı səfirliyində də təhlükəsizlik səbəbilə giriş və çıxışlara icazə verilmir.

Hollandiyada yaşayan türklərlə görüşmək istəyən türkiyəli nazirlərə hökumət icazə verməyib. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaşanır.

 

Hollandiyada 10 minlərlə türk meydanlara axışdı.

konsulluq qarşısına toplaşan 10 minlərlə türk əlllərində Türkiyə bayrağı ilə küçələrə çıxıb.
Rotterdamda konsulluq qarşısında toplanan türk vətəndaşları və jurnalistləri toplayıb. Nümayişçilər isə meydanda İstiqlal və Mehtər Marşı oxuyur, Hollandiya hökumətinə etiraz edirlər.
Bu arada Hollandiya polisi konsulluğun ətrafını dövrəyə alaraq, daha çox türkün aksiyaya qatılmasının qarşısını almaq istəyir. Hollandiya hökuməti isə fövqəladə vəziyyət elan edərək, bayıra çıxma qadağası tətbiq edib.

Hollanda'da sokağa çıkma yasağı ilan edildi
Hollandiya polisi isə hadisə yerində olan türk jurnalistləri ölkədən çıxarır. Bu arada Hollandiya polisinin konsulluq binasında olan türk konsulunun bayıra çıxmasına izn vermədiyi öyrənilib.

Avropada yaşayan türklər  Rotterdama axışırlar….
 

Türkiyədən Hollandiyaya cavab- səfirliyin binasına giriş qadağan olundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Xarici İşlər naziri Mövlud Çavuşoğlunun uçuş izninin ləğv edilməsinin ardındansərt bəyanatla çıxış edib.

Ərdoğan Hollandiyaya tətbiq ediləcək sanksiyaların mesajını verib.
“Hollandiya bir atılsın-düşsün, iki atılıb düşsün, amma bilsin ki, 16 apreldə orada mənim vətəndaşlarım sizin oynunuzu pozacaq. İstədiyiniz qədər təzyiq edin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizə tərs şillə kimi qayıdacaq. Bunlara qarşı şübhəsiz ki, 16 apreldən sonra biz tədbirlərimizi görəcəyik. Biz dözümlüyük.

Bundan sonra sənin təyyarələrin görək, Türkiyəyə necə gələcək? Əlbəttə, burada mən diplomatlardan danışıram,  vətəndaşların səyahətini deyil, o ayrı məsələdir. Bunlar nə siyasət , nə beynəlxalq diplomatiya bilmirlər. Bunlar bu qədər qorxaq, nasist qalığı, faşistdirlər”.

 

Çavuşoğludan təyyarəsinin Niderlanda enişinə qoyulan qadağa ilə bağlı açıqlamaNiderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb
Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

Bu barədə “Röyters” Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat yayıb.Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Niderland hökumətinin onun təyyarəsinin  enişinə icazəni ləğv etməsini  “yolverilməz qalmaqal” adlandıraraq, cavab addımlarının atılacağını vəd edib.

“Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbəri Ankara aeroportuna qayıtdıqdan sonra bildirib

“Onlar icazəni guya təhlükəsizlik baxımından ləğv ediblər. Yəni nazir terrorçudur? Biz onlara layiq olduqları cavabı verəcəyik” – deyə  Çavuşoğlu  bildirib.

Xəbər verildiyi kimi, bu gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıbPrezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: “Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər”.

Türkiyənin baş naziri Binəli Yıldırım, öz növbəsində, Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırıb: “Ey, Avropa, Türkiyənin daxili işlərinə və siyasətinə qarışmağa son qoy və tərəfkeşlik etməyi dayandır”.

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir “Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar”- deyə, bildirmişdi.

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

Çavuşoğlu bu gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

“Qəbul edilən qərarın düzgünlüyünə inanıram” – Niderlandın baş naziri“Qəbul edilən qərarın düzgünlüyünə inanıram” – Niderlandın baş naziri

Niderlandın baş naziri Mark Rütte Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Niderlandda təyyarəsinin enişinə qadağa qoyulması barədə qalmaqallı qərarı şərh edib.

Trend-in məlumatına görə, M.Rütte deyib ki: “Dərk edirəm ki, türkiyə tərəfi əsəbidir, amma güman edirəm ki, qərar düzgün idi”.

Onun sözlərinə görə, Türkiyə bizim NATO üzrə müttəfiqidir. Bununlada, şantaj və təhdidlər qəbuledilməzdir.

 

Comments,Baxışınız
oguz gif telegram