/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Hollandiyanın Rotterdam Şəhərində “Mart Soyqırımının” 100 iliyinə həsr olunmuş “Səssiz Yürüyüş”(Görüntü )

Hollandiyanın Rotterdam Şəhərində “Mart Soyqırımının” 100 iliyinə həsr olunmuş “Səssiz Yürüyüş”(Görüntü )

OğuzTV:Bugün 25 Mart Hollandiyanın Rotterdam şəhərində”Avropa Azərbaycanlıları Konqresi”, “Hollanda Azərbaycanlılar Dayanışma (Həmrəylik) Cəmiyəti ” və “Beniluks Azəbaycanlıları Konqresinin” təskilatçılıq və əməkdaşlığıla  “Mart Soyqırımı`nin” 100 iliyinə  həsr olunmuş “Səssiz  Yürüyüş”Aksiyası keçirilib.

Eyləmçilər saat 14:00 yerli vaxtla Rotterdamın Mərkəzi meydanlarından biri olan “1940 Pelin”meydanından Şəhərin mərkəzi bazarına doğru Plakardlar və bayraqlarıla  Səsiz yürüyüblər.
Aksiyaçılar Hollandiya dilində “31 maart Azərbaycanlıların soyqırımın”  həsr olunmuş 1000lər flayer və pustərər Hollandiya əhalisi arasında paylaşılıb və bu milli faciə haqda yerli əhaliyə bilgi verili . 2 saat sürən bu eyləmdə “Hollandaiya Azərbaycan Türk kültür dərnəyi”,kimi bir çox Hollandiyada fəaliyət göstərən Azərbaycan və Türk dünyasının dərnəkləri və Milli fəallarıda  iştirak ediblər. 

Xatırladaq Martın 1- April 3ünə dək otaylı bu taylı Azərbaycanın tarixində unudulmaz bir günlərdir.Mart Soyqırımı — 1918-ci ilin 1 mart və 3 aprel tarixləri arasında Otaylı bu taylı Azərbaycan şəhərlərində o cümlə Urmu , Xoy , Bakı , Salmas ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın günləridir.

Qeyd edək Cənubi və şimalı Azərbaycanda  təxminən 40  min arası Azərbaycanlı qətlə yetirilib ki soyqırıma qurban gedənlərin 12 minə yaxın insanimiz yanlız Quzey Azərbaycanımızda baş verib . İşğal altında olan Cənubi Azərbaycanda Milli dövlərimiz olmadığı üçün Cinayətlər və itkilər istatika olaraq hansı dərəcədədir bilinmir, ama tarixçilər və araşdırmaçılar tərəfindən verilən sənədlərə görə, bu soyqırımın boyutlar Güney və Quzey Azərbaycanımızda toplam daha çox böyükdür.

Artıq 20 ildir31 Maart” Mustəqil Q.Azərbaycanımızın təqvimində “Azərbaycanlıların Soyqırım”günü olaraq qeyd olunub.

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture