/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İbrahim Nuri azadlıqda

İbrahim Nuri azadlıqda

Oğuz TV: Milli fəalların dünəndən başlatdığı “Sən gəlməzsən, biz gələrik” başlıqlı İbrahim Nuriyə dəstək kampaniyası öz bəhrəsini verdi. 11 günlük aclıq eyləmindən sonra milli fəal İbrahim Nuri bu gün səhər saatlarında azad edildi. 

Sağlıq durumu ağırlaşan İbrahim Nuri axşam saatlarında zindanın xəstəxanasına aparılmışdı. Bu gün səhər saatlarında isə, 50-60 civarında milli fəal Əhər dadistanının  qarşısına toplanaraq, İbrahim Nurinin azadlığını tələb ediblər.Onlar İbrahim azad edilməyəcəyi halda, eyləmə başlayacaqlarını bildiriblər. 

Belə olan halda isə, dadistanın başçısı toplananlardan biri ilə görüşərək, İbrahim Nurini azad edəcəklərini, milli fəalların eyləmə başlamamasını istəyib. 

Beləliklə, İbrahim Nuri Əhər zindanının xəstəxanasından azad edilib. 

Əgər milli fəalların bu təpkisi olmasaydı, İbrahim Nuri zindanda ölə bilərdi. 

Əhərli fəalların birlik-bərabərliyi onların daha bir uğur qazanmasına səbəb oldu. 

Comments,Baxışınız
oguz gif telegram