/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İbrahim Nuri susuz eyləmə başladı

İbrahim Nuri susuz eyləmə başladı

Oğuz TV: İbrahim Nuri bu gün aclıq eyləminin 11-ci gününə keçdi. 

Milli fəal bu gündən susuz olaraq eyləmə davam edəcək. 

Yaxınlarından əldə etdiyimiz bilgiyə görə, sağlıq durumu ağır olan milli fəalın azad olunması üçün milli fəallar Əhər məhkəməsinə müraciət edib İbrahim Nurinin azad edilməsini istəyiblər. Lakin məhkəmədən milli fəallara məhkəmə rəisinin atasının xəstə olmasını bəhanə gətirərək heç bir olumlu cavab verməyiblər. 

“Qüds günü”ndə Doğu Türküstan Türklərinə dəstək eyləmi keçirmək istəyən milli fəal Əhər şəhərində ettelaat tərəfindən tutuqlanmış və 1 gün sonra məhkəmədə mühakimə edilmişdi.

Qazi Fazilinin sədirliyi ilə keçən məhkəmə milli fəala 100 milyonluq vəsiqə təyin etmişdi. Bu vəsiqəni verməkdən imtina edən milli fəal Əhər zindanına salınmışdı. Özünə qarşı olunan bu haqsızlıqlara etiraz olaraq İbrahim Nuri 11 gün öncə aclıq eyləminə başlayıb. 

 

Comments,Baxışınız
oguz gif telegram