/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » iki gündür aclıq eyləmində olan tutuqlu milli fəal S.Mirzayinin azadlıq tələbi Ərdəbil divarlarında yansıdı

iki gündür aclıq eyləmində olan tutuqlu milli fəal S.Mirzayinin azadlıq tələbi Ərdəbil divarlarında yansıdı

OğuzTV: 11 aydır faşist fars rejiminin Evin zindanında naməlum vəziyyətdə tutsaq tutulan Güney Azərbaycanlı milli fəal Siyamək Mirzayinin azadlığa buraxılması üçün Ərdəbil şəhərinin divarlarına onun şəkilləri ilə bəziyib altına azadlıq  şüarları yazılıb.Fars rejiminin basqılarına etiraz olaraq zindanda iki gündür aclıq etirazi başladan milli fəal Azərbaycan milli azadlıq hərəkatinin milli fəallarının nigrançılığına səbəb olub .

36 yaşlı Siyamək Mirzayi,daha öncə İttilaat quldurlarının ailəsinə  göstərilən təzyiq və təhdidlərinə toxanaraq Apellyasiya (Təmiz- Təcdide nəzər)Məhkəməsiniədə məktub yazmışdır və tehran Savcısından acil bu ədalətsizliyi durdulmasını istəmişdir.

Xatırladaq İttillat (İran bilgi və təhlükəsizlik nazirliyi-“ETTELAAT”) qüvvələri ,Siyamək Mirzayini,2016 ci ilin iyulun 14-ü axşam çağı Muğan (Parsabad )şəhərində ,öz mağazası içində vəhşicə döyərək tutuqlamışdır. Siyaməki , neçə gün muğan(Parsabad) şəhrindəki  İttilaat-ın türmələrində istintaq və işgəncə olduqdan sonra, o  Tehranın Evin zindanına aparılıb.

Güney Azərbaycanda, türk millətinin milli haqları uğrunda mübarizəsinə görə 11 aydan aşqındır  Tehranın Evin zindanınən 8-ci korpusunda (Bəndində) tutsaq olan milli fəal Siyamək Mirzayi bəlirsiz və ağır vəziyyətdə yaşayır..İran adlanan ölkənin tehrandaki Tehran inqilab məhkəməsi Mili fəal S.Mirzayi bəyə qondarma ittihamlara əsasən  ağır hökm oxuyub.Məhkəmə hakmi  Həsəni Milli fəalla 10 il həbs və 2 il sürgün həyat hökümünü verib.
Siyamək Mirzayini Təmiz(Təcdid nəzər- Apellyasiya) Məhkəməsi 2017 ci ilin mayın 17-də keçirilməlidir.Ancaq bu məhkəmə  İttilaat əlilə təxirə salınıb. Hələdə məhkəmənin qurulma zamanı yaxud qurulub qurulmayacağı haqda əldə bilgi yoxdur.

 

oguz gif telegram