/  
Ön yapraq » Oğuz xəbər » İlham Əliyev Türkiyəyə gedir

İlham Əliyev Türkiyəyə gedir

Oğuz TV:  Türkiyə Cümhurbaşqanı R.T.Ərdoğanın Bakı səfərinin ikinci dəfə terror səbəbindən təxirə düşməsinin ardından Quzey Azərbaycan Cümhurbaşqanı İlham Əliyev sabah Ankaraya rəsmi səfər edəcək.

Anadolu Ajansının verdiyi bilgiyə görə, Azərbaycanın təşəbbüsü ilə Bakıda baştutmalı olan Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçiriləcək.

Diqqətinizə çatdıraq ki, sabah R.T.Ərdoğan Bakıya rəsmi səfərə gəlməli idi, lakin Ankaradakı qanlı terrorun ardından bu səfər ikinci dəfə təxirə salındı. Bundan öncə isə, Ərdoğanın 29 bəhməndə (18 fevral) Quzey Azərbaycana planlaşdırılan səfəri 28 bəhməndə (17 fevral) Ankarada baş verən qanlı terror olayı səbəbindən təxirə salınmışdı.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture