/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İlham Əliyev Türkiyədə Davudoğlu və Tatar liderlərilə görüşdü

İlham Əliyev Türkiyədə Davudoğlu və Tatar liderlərilə görüşdü

OğuzTV:Azərbaycan CumhuriyyətininPrezidenti İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə Cumhuriyyətinin  Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

 

Prezidentin mətbuat xidmətinə istinadən , görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirildi, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi.

 

Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulandı.

 

Azərbaycan Prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzuladı.

 

Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı

Azərbaycan Prezidentinin Cəmiloğlu və Çubarovla görüşü olmayıb.
 
Bu gün bəzi media orqanlarında İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Krım tatarlarının liderləri Mustafa Cəmiloğlu və Refat Çubarovla görüşü ölması barədə məlumat yayılıb.

 

Bu məlumata münasibət bildirən Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında deyib: “Bəli, bu gün İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının sessiyasında fasilə zamanı Azərbaycan Prezidenti çay içərkən Cəmiloğlu və Çubarov Prezidentə yaxınlaşaraq özlərini təqdim ediblər. Beləliklə, bunu hər hansı görüş adlandırmaq olmaz”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture