/  
Ön yapraq » Oğuz xəbər » İngiltere Daily Star:Azərbaycan ordusu erməniləri qorxuya saldı

İngiltere Daily Star:Azərbaycan ordusu erməniləri qorxuya saldı

OğuzTV:Böyük Britaniyanın Daily Star analitik nəşrində Rusiyanın Azərbaycana müasir “Tor” zenit raket komplekslərini satdığı barədə məlumatın yayılmasından sonra, bu məsələ Ermənistan kütləvi informasiya vasitələrində ciddi müzakirə olunur.

 

İstiPress-in məlumatına görə, erməni hərbi ekspert Arkadiy Qriqoryan news.am saytına müsahibəsində deyib ki, “Tor” zenit raket kompleksləri Azərbaycan Silahlı Qüvvələrinin balansında var və hətta hərbi təlimlərdə də istifadə olunur.
 
Ekspert bildirib ki, bu zenit raket kompleksləri 12-16 kilometr məsafədəki hədəfi dəqiqliklə vururaq məhv edən ən müasir silahlardandır.
 
“Sistem avtomat rejimdə müəyyən edilmiş hava məkanına özü nəzarət edir, bütün hava hədəfləri avtomatik olaraq zərərsizləşdirir”, – Arkadiy Qriqorya bildirib.
 
Rusiyanın Azərbaycana müasir “Tor” zenit raket komplekslərini satdığı barədə məlumat dünən yayılıb. Daily Star nəşrinin əməkdaşı Piter Trumen “Putinin son silahları Amerika raketlərini havada vuracaq” adlı məqaləsində iddia edir ki, rəsmi Moskva “Tor” ZRK-ni Azərbaycana satıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən kütləvi informasiya vasitələrinə verilən məlumata görə, döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.
 
“Tor” zenit raket kompleksi
 
Analitik qeyd edir ki, Rusiyanın bu silahı hədəfi yüksək dəqiqliklə vura bilən raketləri, eyni zamanda ABŞ bombardmançılarının istifadə etdiyi American Paveway raketlərini məhv etmə qabiliyyətinə malikdir.
 
Məqalədə vurğulanır ki, “Tor” ZRK dövlət əhəmiyyətli, iqtisadi və hərbi obyektlərini müxtəlif qanadlı raketlərdən, aviabombalardan, təyyarə və helikopterlərdən müdafiə üçün nəzərdə tutulub.
 
Xatırladaq son günlər Ermənistan ordusunda itkilərin sayının artması bu ölkə cəmiyyətində böyük əks-səda doğurub. Ermənilər sosial şəbəkələrdə artıq vahiməyə düşdüklərini gizlətmir, bununla əlaqədar ölkə rəhbərliyini aşkar şəkildə günahlandırmaqdan çəkinmirlər. Sosial şəbəkələrdə yayılan xəbərlərdən məlum olur ki, yanvarın əvvəlindən bu günədək məhv edilən Ermənistan hərbi qulluqçularının sayı artıq beşi keçib, xeyli yaralı var.
Comments,Baxışınız
oguz gif telegram