/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İrəvan çıxmaz dalanda sıxışıb

İrəvan çıxmaz dalanda sıxışıb

OğuzTV:25 ildir ki, işğal altında olan Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur.

Moskvada Qarabağ danışıqlarında Rusiya və ABŞ  anlaşacaqmı?

Ağ Evdə administrasiyanın dəyişməsi, bunun ardınca Donald Tramp hökuməti ilə Rusiya rəhbərliyi arasındakı münasibətlərdə davam edən qeyri-müəyyənlik Dağlıq Qarabağ məsələsinə öz təsirini göstərməkdədir. Getdikcə istiləşməkdə olan Rusiya-Türkiyə münasibətləri isə həm ABŞ-Rusiya, həm də bundan dolayı, Qarabağ məsələsinə özünəməxsus möhürünü başmaqdadır.

Ancaq belə görünür ki, üç paytaxtın – Moskva, Vaşinqton və Ankaranın uzlaşdırılmış ortaq yanaşması ortaya qoyulmayınca, “Qarabağ yükü” də öz yerindən heç vaxt tərpənməyəcək. Yeri gəlmişkən, ötən əsrin 90-cı illərində Dağlıq Qarabağla bağlı mövcud olmuş ABŞ-Rusiya-Türkiyə üçlü formatı münaqişənin həllində ən uğurlu format olduğunu sübut etməyə başlamışdı. Təəssüf ki, həmin format davamlı olmadı.

 

 

Rusiyalı analitik: “Azərbaycan artıq Qafqazda özünü təsdiqləmiş oyunçudur…”

Rəsmi Ankaranın mövqeyi isə bəllidir: konfliktin həllində irəliləyiş üçün, Ermənistan da daxil, bölgənin iqtisadi qalxınması üçün işğalçı Ermənistan ən azından, bir neçə rayonu azad eləməlidir. Yəni Türkiyə də münaqişənin mərhələli şəkildə, lakin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdarıdır. Belə bir prinsipial mövqeni prezident Rəcəb Tayyib Ərdoğan Moskvaya son – mart səfəri zamanı bir daha ortaya qoyub.

Ancaq hələ ki problemin həllində irəliləyiş yoxdur. Bu da məsələdə əsas söz sahibi olan Rusiyanın yenidən gözləmə mövqeyi tutması, daha dəqiqi, öz satelliti Ermənistana hər hansı təsir göstərmək istəməməsi ilə əlaqədardır. İşğalçı ölkədəki 2 aprel seçkiləri də Kremlin Qarabağla bağlı diplomatik fəallığına neqativ təsir göstərməkdədir. Çünki rəsmi Moskva Dağlıq Qarabağ məsələsində hər hansı irəliləyişin Ermənistandaxili situasiyanı daha da ağırlaşdıracağı və yaranmış mürəkkəb durumdan isə ən əvvəl Qərbin, ABŞ-ın istifadə edəcəyindən narahatdır.

Söz düşmüşkən, bu arada Amerikanın dövlət katibi Reks Tillersonun Moskvaya ilk rəsmi səfərinin tarixi məlum olub – aprelin birinci yarısı. Məlumatlara görə, həmin səfər çərçivəsində Rusiya və Amerikanın diplomatik idarələrinin rəhbərləri regional məsələləri ətraflı müzakirə edəcəklər. Bu məsələlər arasında Dağlıq Qarabağ ixtilafının da yer alacağı gözlənilir.

Bəs iki ölkənin – ATƏT-in Minsk Qrupunun aparıcı həmsədr dövlətlərinin xarici siyasət idarələri başçılarının Qarabağla bağlı hansısa anlaşması mümkündürmü, ABŞ və ya Tramp administrasiyası problemin həllini dalandan çıxarmaq üçün real təşəbbüslə çıxış edə bilərmi? Siyasi təhlilçilərin bu xüsusda proqnoz və ehtimalları optimizmə əfsus ki, əsas vermir.
Çavuşoğlu: “Rusiya ilə Qarabağın həlli üzərində işləyirik”

“Türkiyə və Rusiya öz aralarında münasibətləri tamamilə bərpa edib və hazırda regional problemlərin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həlli üzərində işləyir”. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABD-yə səfəri çərçivəsində, Vaşinqtonda bəyan edib. Lakin qardaş ölkənin baş diplomatı Qarabağ probleminə dair Moskva ilə aparılan müzakirələrin detallarına toxunmayıb.

Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.Nazir qeyd edib: “Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik”.

Rusiyalı politoloq Georgi Bovtun Birləşmiş Ştatların Qarabağ nizamlanmasında iştirakı ilə bağlı özəl yanaşması var.

Картинки по запросу politoloq Georgi Bovt

Musavat.com-un məlumatına görə, ekspert hesab edir ki, hazırda Dağlıq Qarabağ indi Trampı ən axırıncı yerdə maraqlandırır. “O səbəbə ki, Qarabağla bağlı indi maraqlı güclərin artxaslnda dayandığı hər hansı aydın həll variantı nəzərdən keçirilmir”, – deyə o, qeyd edib.

Onun qənaətincə, Rusiya hazırda Dağlıq Qarabağ ətrafında qeyri-müəyyənliyin qalmasında daha çox maraqlıdır: “Kreml istəmir ki, tərəzinin gözü bu və ya başqa həll variantının xeyrinə dəyişsin. Moskva həm Azərbaycan, həm də Ermənistanla yaxşı əlaqələr saxlamaqda daha çox maraqlıdır. Eyni zamanda heç bir münaqişə tərəfi ilə də mübahisəli duruma düşmək istəmir və bir növ broker mövqeyi tutaraq, mümkün hərbi qarşıdurma zamanı bu qisimdə müdaxilə eləmək istəyir”.

 

Bu gəlişmələrdə  ermənistan yerində oturamır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 136 dəfə pozub.

Oğuztvinin Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Barekamavan, İcevan rayonunun Vazaşen kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı, Kəmərli, Bala Cəfərli və Cəfərli kəndlərində, Berd rayonunun Çinari, Ayqepar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Cəvahirli, Mərzili, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Ermənistan silahlı qüvvələri Ağdamın işğal altında olan yaşayış məntəqələrində növbəti hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Uzundərə” adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriya qurğularından istifadə edilir.

Ağdamın cəbhəyanı kəndlərinin sakinləri bildiriblər ki, günün birinci yarısından başlayaraq işğal altında olan ərazilərdə güclü partlayış səsləri də eşidilir.

Cəbhəyanı kəndlərdən partlayış zamanı yaranan toz-duman aydın görünür.

 

 

BMT-nin baş katibi Antonio Quttereş martın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə “Qarabağa görə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə dəstək verməyə hazırıq”diyə bildirib.

A.Quterreş deyib ki, BMT ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində səylərinə dəstək verməyə hazırdır.

Məlumata görə, tərəflər dünyadakı münaqişə bölgələrindəki vəziyyəti də müzakirə ediblər.

 “Qarabağa qanunsuz səfər edənlər təlimatlandırıldı”

Fuad Muradov Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfərindən sonra Avropa birliyi  (AB) əlaqələrdə canlanma yarandığını, Avropa Parlementi AP-də martın əvvəlində keçirilən konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb.

Xanım Harms AP deputatlarının bu cür saxta seçki müşahidələrində iştirakının Avropa Parlamentinin böyük hissəsi tərəfindən pislənildiyini və bunun gələcəkdə təkrarlanmaması üçün deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda, Azərbaycanın Avronest PA-da olmasının Azərbaycanın AP ilə əlaqələrində çox önəmli olduğunu qeyd edib.

Səfər zamanı Fuad Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina (Rumıniya) ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Rumıniya əlaqələri, yeni enerji layihəsi, Sosialistlər siyasi qrupu ilə əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri müzakirə olunub, AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib.

Ermənistanın gizlətdiyi müharibə itkiləri üzə çıxdı – fakt

Musavat qazeti yazır ki Ermənistan rəhbərliyinin Qarabağdakı son döyüşlər nəticəsində verdiyi itkiləri gizlətdiyi barədə Azərbaycanın rəsmi açıqlamaları artıq öz təsdiqini tapır. Bununla bağlı erməni mənbələr də etiraflar etməyə başlayıb. Levon Soqomonyan adlı erməni hərbçi özünün sosial şəbəkədəki şəxsi səhifəsində konkret ad da açıqlayıb.

“Əziz dostlar, 12 mart 2017-ci il tarixdə döyüş əməliyyatları zamanı xidməti borcunu yerinə yetirərkən 18-ci motoatıcı diviziyanın zabiti Çixanyan Xaik Nifritaroviç həlak olub. Dostlar adından ölən hərbçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Xaik yaxşı zabit, ailəcanlı və əla dost idi”-Soqomonyan yazıb.

Erməni hərbçi ardınca xatırladıb ki, Azərbaycan tərəf həmin vaxt 8 erməni əsgər və zabitinin məhv edildiyi xəbərini yaymışdı: “Ermənistanın və “Artsax”ın müdafiə nazirlikləri qarşıdakı parlament seçkiləri ilə əlaqədar itkilərimiz haqda məlumatları gizlədirlər. Bu məlumatları gizləmək nəyə lazımdır? Hətta çoxsaylı dostlarımız Yeraburski məzarlığındakı dəfn mərasimində iştirak edə bilməyib. Çünki onlar Xaik və digər hərbçilərimizin ölümündən xəbərsiz olublar”.
 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture