/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, 5 ay sonra HÜCUM PLANI…

İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI, 5 ay sonra HÜCUM PLANI…

OğuzTV:Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakıya səfər tarixi açıqlanıb. Azərbaycan xarici işlər naziri noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Moskvaya işgüzar səfərə gedib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edib. Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriyada İŞİD terror təşkilatına birbaşa dəstək verməkdə ittiham edib.

 

Eyni ittiham Türkiyə prezidenti tərəfindən səsləndirilib. ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyata başlayıb.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək. Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq.

Noyabrın 16-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb. Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək lazımdır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda braziliyalı həmkarı Aloyzio Nunyes Ferreyra ilə birgə mətbuat konfransında deyib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, – deyə məlumatda qeyd olunur.

 

Dağlıq Qarabağ probleminin həllinin yubanması bölgə dövlətləri üçün riski artırır. Bu sözləri açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiya ilə yaxınlaşması, hətta açıq danışıqlara getməsi özlüyündə müsbət hadisədir: “Dağlıq Qarabağ probleminin həllinin yubanması bölgə dövlətləri üçün riski artırır. Bunu başa düşən Ankara və Moskvanın hazırkı fəallığı başa düşüləndir. Regionda bu il gözlənilən mühüm siyasi proseslərdən – Ermənistanın gələn ildən parlament idarəetmə sisteminə keçməsindən, eyni zamanda, Rusiya və Azərbaycanda keçiriləcək seçkilərdən sonra mühüm irəliləyişlər istisna edilmir. Rusiya və ABŞ-la yanaşı, Türkiyənin, həmçinin İranın da prosesə qoşulması ümumi ab-havanı dəyişəcək və İrəvanı küncə sıxışdıracaq. Hesab edirəm ki, məsələnin yubadılması ilə bağlı Ermənistanın dağıdıcı fəaliyətinin durdurulmasının zamanı çoxdan yetişib. Əks təqdirdə böyük güclər də çox yaxşı dərk edirlər ki, bu prosesi uzun müddət “sülh çərçivəsində” saxlamaq mümkün deyil”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture