/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İran adlanan ölkə Rusyadan 149 ton uraniyom oksid alacaq

İran adlanan ölkə Rusyadan 149 ton uraniyom oksid alacaq

Oğuz TV: İran adlanan ölkə, Rusiyadan Uluslararası Atom Enerjisi Ajansı (UAEA) gözətimi altında 5 kiloqram 20 faiz zənginləşdirilmiş uranium və nükleer təsislərdə yanacaq olaraq istifadə edilən 149 ton üyüdülmüş uranium oksid (sarı kek) təslim alacaq.

 
Oğuz TV nin aldığı bilgiyə görə, İran adlanan ölkə Atom Enerjisi Təşkilatı Başçı Köməkçisi Əsgər Zareiyan, nüklər müqaviləyə uyğun olaraq Rusiyadan alınan və “sarı kek” adı verilən 149 ton üyüdülmüş uraniyomun bu gün özlərinə təslim ediləcəyini bildirib.
 
 Rusiyadan 5 kiloqram 20 faiz zənginləşdirilmiş uraniyom da təhvil alınacağını bildirən Zareiyan, “Tehrandakı 3 nüvə yanacaq kompleksinə radioaktiv izotop istehsal etmək məqsədilə 20 faiz zənginləşdirilmiş 5 kiloqram uraniyom Uluslararası Atom Enerjisi Ajansı gözətimi altında ölkəyə girəcək.
 
 Ehtiyac duyulması halında UAEA nin bilgisi daxilində daha çox yüzdə 20 nisbətində zənginləşdirilmiş uraniyom alabiləriq” dedi.
 
 Zareiyan, sözügedən uraniomun İran adlanan ölkənin nüklər müqavilə çərçivəsində Rusiyaya göndərdiyi yüzdə 20 nisbətində zənginləşdirilmiş uraniyomun bir bölümü olduğunu bildirdi.

 

İran adlanan ölkə ilə P5+1 ölkələri arasında 14 İyul 2015te Avstriyanın başkəndi Vyanada imzalanan nüklər müqaviləyə əsasən Tehran yönətimi, nüklər proqramını gəliştirmə çabalarının bir parçası kimi uranyomun 3,67 faiz səviyyəsinin üzərində zənginləşdirmir. İran adlanan ölkə daha əvvəl də Rusiyaya təxminən 11 ton aşağı səviyyəli zənginləşdirilmiş uraniyom göndərmiş, bunun qarşılığında da Rusiyadan 197 ton “sarı tort” almışdı.
 
 Uraniyom filizinin saflaşdırılmasıyla çatılan və “sarı kek” adlanan üyüdülmüş uraniyom oksid, nüklər təsislərdə yanacaq kimi istifadə edilir.
Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture