/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran BMT ni tedirgin edir

İran BMT ni tedirgin edir

OğuzTV:ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Paver martın 11-də jurnalistlərə açıqlamasında İranın sınaqdan keçirdiyi son ballistik raketlərindən danışıb.

İranın son raket sınaqlarını təhrikçi addım adlandıran Samanta Paver deyib ki, dünya ölkələri Tehranın raket proqramına qarşı çıxmaq üçün bir-biri ilə əməkdaşlığı gücləndirməlidir: “Biz İranın təhlükəli raket sınaqları məsələsini martın 14-də keçiriləcək BMT Təhlükəsizlik Şurasında qaldıracaq, şuraya üzv ölkələrlə bu haqda məşvərətlər edəcəyik.  Biz, İranın raket proqramını zəiflətmək məqsədilə dünyanın hər yerində öz tərəfdaşlarımızla əməkdaşlıq edəcəyik.

İranın hərbi rəsmiləri dəfələrlə təkid ediblər ki, bu raketlər İsraili hədəfə almaq məqsədilə istehsal edilib. Biz, BMT-nin üzvü olan və bizim ən yaxın müttəfiqlərimizdən biri sayılan bir ölkənin bu şəkildə açıq-aşkar təhdid edilməsini məhkum edir, bunun qarşısını almaq üçün müəyyən tədbirlər görəcəyik.

İran adlanan ölkənin xarici işlər nazirinin müavini Abbas Əraqçi martın 11-də deyib ki, İranla Qərb arasında əldə edilmiş nüvə razılaşmasından sonra, Tehran öz raket proqramını məhdudlaşdırmaq üçün heç bir ölkə ilə danışıqlara getməyəcək: “İranın raket gücü və qabiliyyəti müzakirə olunası bir mövzu deyil. Bu keçmişdə də belə olub, indi də belədir. Bizim ölkənin milli mənafeyi ilə bağlı heç kəslə zarafatımız yoxdur. “Emad” raketinin də sınaqdan keçirilməsi buna bir sübutdur”.

Qeyd edək ki, İran terror və zorbalıq  qolu olan  İnqilab (Sepah) Keşikçiləri Korpusu( İsfəndin 18 də ) martın 8-i və 9-da bir sıra yeni ballistik raketlərini sınaqdan keçirilib. Hərbi təlimlərdə “Sepah”ın 2000 kilometrlik məsafəni qət etmək gücünə malik olan 2 raketi də sınaqdan keçirilib, İsrail yer üzündən məhv edilməklə hədələnib”.

Comments,Baxışınız
oguz gif telegram