/  
Ön yapraq » Oğuz xəbər » İran futsal başməşqçisi:Azərbaycanla qarşılaşmaq bizə çox çətin olacaq

İran futsal başməşqçisi:Azərbaycanla qarşılaşmaq bizə çox çətin olacaq

OğuzTV:Dünya Futzal(futsal) çempionatında iran adlanan ölkənin yığması Azərbaycanımızın milli yığmasıla qarşılacaq.

Nazemoşaria, iran yığmasının başməşqçisi(sərmorrəbisi)İspaniya, Mərakeş və Azərbaycan millilərini müəyyən mənada tanıdığını deyib. O, komandamızda milliləşdirilən futzalçıların olduğunu da vurğulayıb: “İspaniya yığması ilə dünya çempionatlarında 4 dəfə qarşılaşmışıq ki, bunun 3-ü qrup mərhələsində olub. Son iki mundialda qrupda onlarla heç-heçə etmişik. Mərakeş Afrika çempionudu, Azərbaycan yığmasında isə yaxşı legionerlər var və demək olar əsrimizin yeni pədidəsidir və milliləşmiş genc oyunçüları var.Azərbaycanla qarşılaşmaq bizə çətin olacaq Bu komandalara qarşı da ciddi hazırlaşmalıyıq”.

 

Nazemoşaria hədəflərinin Kolumbiyadakı dünya çempionatını medalla başa vurmaq olduğunu bildirib: “Dünya reytinqində ilk “beşlik”də qərarlaşırıq. Bu, bizim gücümüzdən xəbər verir. Məsuliyyətimizi dərk edirik. Ölkəmizi ən yaxşı şəkildə təmsil edib, mükafatla dönmək istəyirik”.

 

Qeyd edək ki, Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

 

F qrupunda yer alan komandamız İran, İspaniya və Mərakeşə rəqib olub.

Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Medelyin, Kali və Bukaramanqada şəhərində olacaq.

Qrupların tərkibi:

A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu: Tailand, Rusiya, Kuba, Misir

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture