/  
Ön yapraq » Oğuz xəbər » Dünya » İran İsraildən sonra , Avropanıda raketlərlə hədələyir

İran İsraildən sonra , Avropanıda raketlərlə hədələyir

OğuzTV:”The Independent” qəzetinin yazdığına görə, Fars rejimi  lazım gələrsə, Avropanı vurmaq qabiliyyətinə malik olmaq üçün raketlərinin mənzilini genişləndirə biləcəyi ilə hədələyib.

Fars molla rejiminin nizami qolu olan ,Sepah( İnqilab Keşikçiləri Korpusu) komandanının müavini Hüseyn Səlami deyib ki, Avropa İran adlanan yeri hədələyərsə, Tehran öz raketlərinin zərbə dairəsini 2 min kilometrə çatdıra bilər.

“Biz raketlərimizin mənzilini ona görə 2 min kilometrdən az saxlamamışıq ki, bunun üçün texnologiyalarımız yoxdur. …Sadəcə olaraq biz, öz strateji doktrinamıza əməl edirik” – briqada generalı Hüseyn Salami Fars xəbər agentliyinə deyib.

“Bu vaxtadək biz Avropanı hədə hesab etməmişik, ona görə də raketlərimizin mənzilini artırmamışıq. Lakin Avropa hədəyə çevrilmək istəsə, biz də raketlərimizin mənzilini genişləndirəcəyik”.

Bundan əvvəl Fransafars rejimi ilə onun ballistik raket proqramına dair “kompromissiz” danışıqlara çağırmışdı. Paris bildirmişdi ki, bu məsələyə 2015-ci ilin nüvə sazişindən kənar çərçivədə baxıla bilərdi.Batı tərəfindən Terorist Başı kimi tanınan Hüseyn Səlami, Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, İranın apardığı ballistik raket proqramı müdafiə xarakteri daşıyır və bu proqram, ölkənin milli təhlükəsizliyinin qarantı, İran diplomatiyasının gücüdür: “Avropalılar bilməlidir ki, əgər bizim raket proqramımıza müdaxilə etsələr, biz raketlərimizin qət etdiyi məsafəyə qoyduğumuz məhdudiyyəti aradan qaldıracağıq. Bu məhdudiyyət, texnika imkansızlığına görə qoyulmayıb. Çünki bizim hər bir addımımızın strateji bir məntiqi var. Hazırda raketlərimiz 2000 kilometrlik məsafəni qət edə bilir. Biz bu rəqəmlə kifayətlənmiş, onu qoruyub saxlamışıq.

“Sepah” rəsmisinin raket açıqlaması və Avropa ölkələrini təhdid etməsi, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Səudiyyə Ərəbistanına səfərindən və bu ölkədə İranın region ölkələrinə qarşı təhdidinə toxunmasından 9 gün sonraya təsadüf edib.
Noyabrın 16-da Lübnanın baş naziri Saad Hariri ilə görüşmək üçün Səudiyyə Ərəbistanına səfər edən Jan-İv Le Drian bu ölkənin rəsmiləri ilə görüşündə İranın regional böhranlara müdaxiləsindən, digər ölkələrin daxili işlərinə qarışmasından, Tehranın ballistik raket proqramının məntəqəni təhdid etməsindən və bu bununla bağlı nigaranlığından danışıb.

Ötən ay  İnqilab Keşikçilərinin başçısı generali ve dünya terroristlər listəsində olan  Məhəmməd Əli Cəfəri demişdi ki, Fars Molla rejiminin 2 min kilometrlik zərbə məsafəsinə qabil raketləri “Amerikanın regiondakı əksər maraq və qüvvələrini” vura bilər və buna görə də raketlərin mənzilini genişləndirməyə ehtiyac yoxdur.Cəfəri bunu da əlavə etmişdi ki, ballistik raketlərin mənzil limitini Diktator olan fars rejiminin rəhbəri və silahlı qüvvələrin ali baş komandanı Əli Xameneyi müəyyən edir.İran Yaxın Şərqin ən böyük raket proqramlarından birinə malikdir. Onun lazerlə tuşlanan bəzi raketləri İsraili vurmaq qabiliyyətinə malikdir.

Amerika raket proqramına görə Tehranın üzərinə birtərəfli qaydada sanskiyalar qoyub. Washington bu qənaətdədir ki, İran ballistik raketləri inkişaf etdirməklə BMT-nin mövcud qətnamələrini pozur.Amerika bildirir ki, İran molla rejimi raket proqramı ilə beynəlxalq qanunların ziddinə gedir, çünki belə raketlər gələcəkdə nüvə başlıqları ilə təchiz edilə bilər.

Fars işğalçi rejimi isə bildirir ki, o nüvə silahlarının istehsalında maraqlı deyil və onun nüvə proqramı tamamilə dinc məqsədlərə xidmət edir.

Comments,Baxışınız
oguz gif telegram