/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Iran məclisində Amerika bayrağı oda çəkildi
Iran məclisində Amerika bayrağı oda çəkildi

Iran məclisində Amerika bayrağı oda çəkildi

Oğuz TV: Bir qrub İranlı milletvekili, Amerikanın nüvə müqaviləsindən çəkilməsinə təpki göstərərək, məclisdəki iclas zamanı Amerika bayrağını və nüvə müqavilə mətnini atəşə verdi.

Oğuz TV nin aldığı bilgiyə görə, İran dövlət televiziyonu, məclisin səhərki iclasında bəzi millət vəkilləri, Amerika əleyhinə “Amerikaya ölüm” deyə şüarlar atdığı xəbərini yayıb.

Amerikanın nüvə müqaviləsindən çəkilməsinə təpki göstərən İranlı millət vəkillərindən bəziləri də məclisdəki iclas zamanı Amerika bayrağını və nüvə müqavilə mətnini yandırdı.

Bu arada İran Məclis Başçısı Əli Laricani, Amerika Prezidenti Donald Trumpın müqavilədən çəkilmə qərarına “Amerikanın müqavilədən çıxarılması, Trumpın problem həll etmək üçün əqli qabiliyyətinin olmadığını göstərdi”. Deyərək təpki göstərdi.

Laricani, “İran Atom Enerjisi Təşkilatı, nüvə fəaliyyətlərə yenidən başlamaq üçün tam hazır olmalıdır” Dedi.

Amerika Prezidenti Trump, dünən Ağ Evdə verdiyi açıqlamada, ölkəsinin İran ilə varılan nüvə müqaviləsindən ayrıldığını və İrana ağır iqtisadi sanksiyaların yenidən həyata keçiriləcəyini bildirmişdi. İran adlnan yerin sözdə Prezidenti Həsən Ruhani isə nüvə müqaviləsinin digər 5 ölkə arasında davam edəcəyini açıqlamışdı.

Sözügedən müqavilə, Obama dövründə İran ilə Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının daimi (BMGK) üzvləri (ABD, Rusiya, Çin, İngiltərə və Fransa), Almaniya və İran arasında 14 İyul 2015 də imzalanmışdı. Sazişə imza atan digər ölkələr, nöqsanların aradan qaldıraraq müqavilənin qorunması lazım olduğunu müdafiə edir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture