/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran mətbuatının Türklərə qarşı növbəti təhrif və təhqiri

İran mətbuatının Türklərə qarşı növbəti təhrif və təhqiri

Oğuz TV: İran mətbuatında Türk torpaqlarının təhrifi davam etdirir.

Belə ki,  İranın “Həmşəhri” dövlət qəzetinin 17 bəhməndə 109-cu sayında yayımlanan bir xəritədə yənə də Türk yurtları təhrif edilib.

Yayımlanan bu xəritədə, yalnız  Şərqi Azərbaycan, Ərdəbil və Zəncan bölgəsinin yarısını  Güney Azərbaycan torpaqları olaraq göstərilib. Güney Azərbaycanın Qərb bölgəsi kürtlərin, Ənzəli bölgəsi Talış və Giləklər torpağı olaraq göstərilib. Zəncanın və Həmədan bölgəsinin yarısı farslara, yarısını isə kürtlərə verilib.   Ərak və mərkəzi, Elborz vilayətləri də farslara verilib. Yayılan bu saxta xəritədə  Güney Azərbaycanın Xəzər dənizi və Türkiyə ilə olan bağı tamamən qoparılır.

Bundan başqa, xəritədə Qaşqay Türkləri ümumən yer üzündən silinib, torpaqları isə kürt və fars torpaqları olaraq göstərilib.  Xorasan və Güney Türkmənistan torpaqları da fars və kürt torpaqları olaraq qeyd edilir bu saxta xəritədə.

Həmşəhri2

“Həmşəhri” qəzetinin Türk millətinə qarşı olan qərəzi bununla da bitmir. Qəzet Güney Azərbaycan Türklərini “azəri”olaraq nitələndirir. İran işğalındakı Türkləri və Türk obalarını və millətini isə  millət olaraq deyil, qövm olaraq göstərib.

Xatırladaq ki, Rejmə yaxınlığı ilə tanınan “Həmşəhri” qəzetinin Türk millətini təhqir etməsi ilk dəfə deyil. Bundan öncədə qəzet bir neçə nömrəsində zaman-zaman Türk millətini aşağılayıb, lakin son 109-cu sayılarındakı aşağılama və təhrifdə artıq qəzetin Türk  millətinə qarşı olan qərəz və nifrətinin pik həddə olduğunu görməkdəyik.

Onu da nəzərinizə çatdıraq ki, Türk torpaqlarının təhrifi və Türk millətinin təhqiri qəzetin uşaqlara adi  bölməsində yer alıb.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture