/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran polisinin daha bir vəhşiliyi

İran polisinin daha bir vəhşiliyi

Oğuz TV: Güney Azərbaycanda İran rejminin polis və məmurlarının vəhşilikləri davam etməkdədi.

Bu dəfə bu vəhşiliyin qurbanı ailəsinə çörək pulu qazanmaq üçün çalışan sıradan bir satıcı oldu.

Oğuz TV-yə gələn bilgiyə görə, dünən polis Güney Azərbaycanın Binab şəhərinin bazarına hücum edib. Ailələrinə öz zəhmətləri ilə çörəkpulu qazanan satıcılarla rejmin vəhşi polisi arasında qarşıdurma yaşanıb. Bu zaman polislər satıcılara atəş açıblar. Bu zaman güllə səyyar satıcılardan birinin baş nahiyyəsinə dəyib. Ağır yaralanan soydaşımızı yoldaşları xəstəxanaya çatdırmağa çalışsalar da o, yolda həyatını itirib.

Beləliklə, vəhilikləri ilə dünyada ad qazanan İran rejmi Güney Azərbaycanda daha bir can aldı.

 

Comments,Baxışınız
oguz gif telegram