/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » İran Quzey Azərbaycana qarşı terrorçu yetişdirir
İran Quzey Azərbaycana qarşı terrorçu yetişdirir

İran Quzey Azərbaycana qarşı terrorçu yetişdirir

Oğuz TV: Sepah Ərdəbildə Quzey Azərbaycana qarşı terrorçu yetişdirir.
Əldə etdiyimiz bilgilərə görə, Sepah Ərdəbilin Nir, Nəmin bölgələrində düşərgə yaradaraq, 30 dan çox Quzeydən olan admlarına bu düşərgədə hərbi təlim keçir.
İran rejminin “Azərbaycan Hizbullahi” adını verdiyi bu qrupu yaratmaqda məqsədi,
Qarabağ savaşı davam edəcəyi müddətdə Quzey Azərbaycanın daxilində dini məsələləri qaldıraraq təxribatlar və qarşıqlıqlar yaratmaqdı.
İran sözdə Qarabağ savaşında tərəfsizliyini bəyan etsədə, lakin hər zaman olduğu kimi bu dəfə də bu haqqlı davamızda ermənilərin tərəfində durduğunu əməlləri ilə sübut edir.
Xatırladaq ki, daha öncədə Bakının Nardaran kəndində İran Azərbaycana qarşı yatardığı sözdə “dindar”lar vasitəsi ilə qarşıqlıqlar yaratmağa çalışmış, lakin Azərbaycan bunun qarşısını almışdı.
Sovet İttifaqının dağılması isə İranın şimal sərhədlərindən kommunizm təhdidini aradan qaldırdı. Lakin Tehran rejimi bu dəfə də Quzey Azərbaycanda yaranan milli dövləti – Azərbaycan Respublikasını özünə qarşı yeni təhlükə kimi görməyə başladı. Tehranın rəsmi Bakıya qarşı indiyə kimi yürütdüyü düşmanlıq siyasəti 2mühüm faktora əsaslanır:

1.Güney Azərbaycan faktoru: Quzeydə baş verən proseslər və inkişaf İran əhalisinin 40%-dan çoxunu təşkil edən Azərbaycan türklərinə və Güney Azərbaycan Milli Hərəkatına müsbət təsir edir və güclənməsinə səbəb olur. Təbii bu da İran rejimini narahat edir və Tehran Quzeydə gedən inkişafı və tərəqqini müxtəlif yollarla əngəlləməyə çalışır.

2.Qarabağ məsələsi və Türkə düşmançılıq : Qarabağın işğalı  və Ermənistanin yaranışı əslinə baxarsaq,Quzey Azərbaycan-Türkiyə sərhədini kəsmək , Azərbaycanı daha zəif durumda saxlamaq və Türkiyənin Qafqazdan əlini kəsmək üçün Rusiya və iran tərəfindən başlatılıb.Bu məsələdə İran hər zaman Ermənistana dəstək olaraq ona hər cür yardım göstərib. Bu məsələdə maraqlı olan İran heç zaman tərəfsiz mövqe nümayiş etdirməyib, həmişə təcavüzkar Ermənistana arxa çıxıb, Azərbaycana qarşı siyasət yürüdüb.Bununda səbəbi yinə Güney Azərbaycan türklərinin varlığı və bütövləşmə düşüncəsinin Azərbaycan türklərində inkişafi və Güney Azərbaycanın azadlıq hərəkatıdır.
Bugün əgər iran əsarətində Güney Azərbaycan deyil başqa millət olsaydı bəlkə iran başqa bir yaxlaşım göstərərdi ,baxmayaraq ki Türk düşmançılığı və türkə nifrət ,fars milliyətçiliyi  və dövlətçılığının əsas inanclarından birini təşkil edir .

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture