/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » iran Rejimi Azərbaycan Milli fəallarına hədələrin və təziqlərini artırır

iran Rejimi Azərbaycan Milli fəallarına hədələrin və təziqlərini artırır

OğuzTV:Güney Azərbaycan milli azadlıq hərəkatinin fəali Əli əfsər Şəhbazi Xocalı , İranın Kərəcdəki Sepah İttilati və Mərkəzi İttilaata çağrılıb.

Əli əfsər Şəhbazi Xocalı

Oğuztv xəbər otaqına daxıl olan bilgilərə görə çağrışa əsasən əsasən Güney Azərbaycanın Kərəc şəhərində yaşayan milli fəal Ə.Ə Şəhbazi Xocalı,bugün 24 yanvar 2017 ci ildə Kərəc İttillaatında (Ettelaat- İran təhlükəsizlik və istihbarat nazirliyi),ve eləcədə həmin gün”Sepah Pasdaran ittilaat bölümündə” rejimin sorulara cəvab verməlidir.

 

 

 

 

 

Milli fəal Aydin Zakiri rejimin məhkəməsinə tekrar çağırıldı
Xiyav Şəhrindən Oğuztv Xəbər otaqına daxıl olan məlumata əsasən Tanınmış milli fəal Aydın Zakiri Xiyav (Meşkin) məhkəməsinə tekrar çağrılıb.23 yanvar məhkəmədən gələn sənədə görə, Zakiri, muhakimə olunacaq.
Xatırladaq Aydin 2017ci ilin yanvarın 3də Xiyav şəhərindəki (Meşginşəhr) fars məhkəməsinin çağırışına əsasən məhkəməyə müraciət edtmişdi ama məhkəməyə və hakimin farsca danışmasına etiraz olaraq məhkəməni tərk edib.

 

Milli fəal Aydin Zakeriyə vurulan ittihama əsasən, o öz toy mərasimində Azərbaycan milli geyimilə çixib və digər millətçiləri toya dəvət edərək Toyu Panturkism yuvasna çevirib.

Oğuztv muxbirinin Xiyavdan verdığı məlumata görə, rejimin sözdə hakimi məhkəmə iclasında A.Zakiridən qondarma ittihamlar qarşısında öz müdafiə mətnini fars dilində yazmağını istəyib, ancaq Aydin bunu rəd edib və məhkəməni etiraz əlaməti olaraq tərk edib. 


Qeyd edək  ki, Aydın Zakiri,son dəfə 18 aban(9Noyabr) qiyamında iştirak etdiyi üçün əmniyyət qüvvələri tərəfindən tutuqlanmış, bir müddət həbsdə qaldıqdan sonra, vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

Onu da nəzərinizə çatdıraq ki, İran rejminin Güney Azərbaycanda milli fəallarımızı səbəbsiz yerə məhkəmələrə çəkməsi və onlara qarşı qanunsuz cəzaları illərdir ki, ənənəvi hal alıb.Hərzaman Milli hərəkat güclənməyə doğru gedirsə fars rejimi bu tur çağrışlar və təziqlərini milli fəllara qarşı daha artırır.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture