/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Iran rejimi Güney Azərbaycan milli azadlıq hərəkətıının fəallarına qarşı geniş təziqlər həyata keçirir

Iran rejimi Güney Azərbaycan milli azadlıq hərəkətıının fəallarına qarşı geniş təziqlər həyata keçirir

OğuzTv:Güney Azərbaycanın muxtəlif şəhərlərindən Oğuztv xəbər otağına daxil olan məlumata əsasən Iran rejimi Güney Azərbaycan milli azadlıq hərəkətının fəallarına geniş təziqlər həyata keçirir.Yanvarın 9 da Güney Azərbaycanın Xoy şəhərində iki milli fəal  Milad Hacilu və Məhəmməd Abazəri İttilaat (İran Təhlükəsizlik və İstihbarat nazirliyi-Ettelaat) tərəfindən tutuqlanıb.

Rejim milli fəaları harda saxladığ haqda heç bir məlumat verməyib .Güney Azərbaycanın əhər şəhərindən əldə etdiyimiz məlumata görə Milli fəal İbrahim Nuri iran rejiminin Əhərdəki Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən Təmiz(TəcdidNəzər-Apelyasiya) Məhkəməsinə çağırılıb.Milli fəal İran dövlətçilik sistemin əleyhinə təbliğ etmək kimi qondarma ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmiş.

Aldığımız digər bir xəbərə görə fars rejimi Güneyli milli fəallar Murtaza Pərvin,Milad Əkbəri və Əkbər Cahangirini 2017-ci il iyunun 30-da  Babəkin doğum günü munasibətinə , Babək qalası (Bəzz qalası) mərasiminə qatıldıqları üçün məhkəməyə çağırılıb.

İran rejiminin Kəlibər şəhrində yerləşən Məhkəməsinin 101-ci Şöbəsi milli fəallardan yanvarın 29-da məhkəməyə çıxıb qondarma ittihamlara cəvab vermələrini istəyib.

Ərdəbildən Aldığımız digər bir xəbərə görə Mustafa Pərvin ,Mehdi dustar və Səid Sadeqi fərd , Azərbaycan milli azadlıq hərəkatinin digər 3 Milli fəllarından İran rejiminin məhkəməsinə çağrılıb.

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture